Vətəndaşlar ikinci “APREL SAVAŞI” istəyirmi? - VİDEOSORĞU

  • 2019-04-03 17:52:07
  • |
  • Sosial /

Vətəndaşlar ikinci “APREL SAVAŞI” istəyirmi? - VİDEOSORĞU

Azərbaycan Ordusunun aprel qələbəsindən 3 il ötür. Məlum olduğu kimi, Ermənistan silahlı qüvvələri ilə dördgünlük döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələrinin birləşmələri Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, eləcə də Seysulan məntəqəsini azad etdi, Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli Lələ Təpə yüksəkliyinə nəzarəti ələ keçirdi. Həmçinin aprel döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılmasını təmin etdi. Bu döyüşlərdə qəhrəman əsgər və zabitlərimiz də şəhid oldu. Düşmən tərəfindən real ölü sayının 300-dən, yaralı sayının isə 500-dən çox olduğu barədə məlumatlar var. Döyüş toqquşmalarında Azərbaycan Ordusununda 94 hərbi qulluqçusu şəhid oldu.

Bəs görəsən, bu günlər xalqımızın yaddaşında necə qalıb? Onlar ikinci aprel savaşının başlamasını, işğalda olan torpaqlarımızın azad edilməsini istəyirlərmi? Gənclər müharibə başlarsa, cəbhəyə gedərlərmi?

Hurriyyet.org bildirir ki, musavat.com bu suallarla Bakı sakinləri arasında sorğu keçirib.

Respondentlərin cavablarını daha ətraflı təqdim etdiyimiz videosorğudan izləyə bilərsiniz.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

QALEREYA