VƏHHABİ DÖVLƏTİNİN YƏMƏNDƏKİ HƏRBİ CİNAYƏTLƏRİ: aclıq çəkən 15 milyon yəmənli ölümlə üz-üzədir - ARAŞDIRMA

VƏHHABİ DÖVLƏTİNİN YƏMƏNDƏKİ HƏRBİ CİNAYƏTLƏRİ: aclıq çəkən 15 milyon yəmənli ölümlə üz-üzədir - ARAŞDIRMA

Dmitri Bobrov

inosmi.ru, 25.12.2017

Yəməndən gələn məlumatlar dünya ictimaiyyətinin artan qəzəbini doğurur. Səduyyə Ərəbistanı və müttəfiqlərinin Yəmənə qarşı tətbiq etdiyi quru və dəniz mühasirəsi 17 milyondan çox adamın, birinci növbədə qadın və uşaqların həyatını təhdid edən aclığa səbəb olub.Aclıq hər gün beş minədək adamın tutulduğu vəba epidemiyası ilə ağırlaşır. Mühasirə 2017-ci ilin yazında başlanıb, Səudiyyə Ərəbistanı noyabrdan isə mühasirəni totallaşdırıb, hətta Yəmənə yanacaq tədarükünü də bağlayıb.

Mühasirənin əsas məqsədi zeydilərin şiə təriqətinə mənsub olan və Yəmən əhalisinin yarıya qədərini təşkil edən dikbaş üsyançı husilərin müqavimətini qırmaqdır. Husilər Yəməni öz maraqlarının zonası sayan Səudiyyə krallığı üçün gerçək çağırışdır. Husilər Yəmən paytaxtı Sənanı ələ keçirəndən sonra səudlar bir sıra sünni ölkələrinin dəstəyi ilə 2015-ci ilin martında “Qətiyyət fırtınası” əməliyyatına başlayıblar. İki il yarımdan çox keçirilən əməliyyat əsas vəzifəni yerinə yetirməyib: paytaxt Səna əvvəlkitək husilərin nəzarətindədir. Həm də səudlar husilərin ümumi sərhədə, demək olar, gündəlik basqınının qabağını ala bilməyiblər ki, bu da yerli səud əhalinin kütləvi çıxışına səbəb olub. Hətta üsyançılar Səudiyyə ərazisini, o cümlədən paytaxt ər-Riyadı dəfələrlə raket atəşinə tutublar. Yəmənin ümumi mühasirəsi ər-Riyada növbəti raket atəşindən sonra İrandan üsyançılara silah tədarükünün qabağını almaq bəhanəsilə noyabrın 4-də tətbiq olunub.

Səudlar hesab edirlər ki, açlıq və məhrumiyyət yəmənliləri husilərə qarşı üsyana qalxmağa vadar edəcək, tayfalararası ixtilaf güclənəcək. Koalisiya Hodeyda limanını – husilərin əlində olan ölkənin əsas dəniz darvazasını, əsas humanitar yardım axınının gəldiyi yolu bağlayıb. Praktik olaraq Yəmənə təkcə nəqiliyyatın işi üçün deyil, həm də su-nasos stansiyalarının işıq və işini təmin edən benzin tədarükü kəsilib. Koalisiya son aylarda həmçinin Yəmənə onlarla humanitar aviareysin qabağını alıb. Yəmənin keçmiş prezidenti Əli Abdulla Saleh dekabrın 4-də şiə üsyançılar tərəfindən öldürülüb. Bu, bütün cəbhələrdə döyüşlərin yeni alovunu törədib və humanitar qurumların işini tamamilə mümkünsüz edib. Bu arada mühasirə halqası tədricən daralır: Səudiyyə koalisiyası qüvvələri dekabrın 7-də mühüm ərzaq bazarının yerləşdiyi Hodeyda limanı yaxınlığındakı Xoxa kəndini tutub.

Səudiyyənin hərbi təcavüzü nəticəsində Ərəbistan yarımadasının böhran başlanana qədər bütün ərzağın 80-90%-i, birinci növbədə düyü və unu idxal edən ən yoxsul ölkəsini aclıq bürüyüb. Təkcə limanlar deyil, ərzağın daşındığı daxili nəqliyyat şəbəkələri bağlanıb, Yəmənin özündə kənd təsərrüfatı istehsalı pozulub.

Famine Early Warning Systems (Fews.net) agentliyinin məlumatına görə, (27,6 milyonluq əhalidən) 15 milyona yaxını təcili humanitar yardıma möhtacdır. Onların çoxu Yəmənin husilərin nəzarətində olan şimali-qərb bölgələrində yaşayır. Yəməndəki humanitar fəlakətin getdikcə daha çox sarsıdıcı məlumatları dünya ictimaiyətinə məlum olur. Fews.net-in analitiklərinə əsasən, limanlar təcili açılmasa, aclıq yaza doğru dönməz miqyas ala bilər. BMT Baş katibi müavini Mark Loukokun sözlərinə görə, bundan sonrakı mühasirə milyonlarla adamın həlakına səbəb ola bilər. BMT-nin məlumatına əsasən, Yəməndə 16 milyon adamın təmiz, içməli suya əli çatmır, apreldən 2200 nəfəri ölən 900 min vəbaya tutulma hadisəsi qeydə alınıb.

Eyni zamanda benzin və avtomobil nəqliyyatının olmaması adamları xəstəxana və sanepstansiyalara çatdırmağa imkan vermir. Yəməndə münaqişənin iki ili ərzində həlak olanalrın sayı böyük olmasa da – 10 minə yaxın – dinc əhali arasında qurbanların sayı xeyli yüksəkdir. Aclıq və hərbi əməliyyatlar nəticəsində 3 milyondan çox yəmənli ölkənin lap iç bölgələrinə qaçaraq “daxili mühacir” olub. Ekspertlər gözləyirlər ki, humanitar fəlakətin kəskinləşəcəyi halda milyonlarla qaçqın ölkə hüdudlarından qırağa çıxacaq və keçilmiş cığırlarla – Eritreya, Efiopiya və Liviya – Avropaya yürüşə başlayacaq.

Britaniyanın “Guardian” nəşrinin fikrincə, Səudiyyə rəhbərliyi Qərbin tam səhlənkarlığı müqabilində bəşəriyyətə qarşı ən dəhşətli cinayətlərdən birini həyata keçirir.

Yəməndəki humanitar fəlakətin əsas baiskarı müdafiə naziri və ölkənin de-fakto başçısı, varis şahzadə Məhəmməd bin Salmandır. Krallığın siyasətini qoca və əldən düşmüş kral Salman deyil, məhz 32 yaşlı Məhəmməd müəyyən edir. O, təkcə Yəməndə müharibə açmayıb, həm də Qətərin mühasirəsini elan edib, Suriya və İraqda islamçıları fəal müdafiə edir. Britaniya jurnalistləri qeyd edirlər ki, bu gənc despot görünməmiş cah-cəlalı özünə rəva bilir, halbuki Yəməndə uşaqlar Səudiyyə bombalarının altında həlak olurlar. Qərbin praktik olaraq bütün aparıcı ölkələri indiyədək Səudiyyə Ərəbistanının təcavüzkar siyasətinə göz yumub, çünki həm də onların silahlarının ən önəmli alıcısı olan bu bölgəsəl dövlətlə münasibətləri korlamaqdan qorxublar. Amma durum dəyişir, çünki problemə etinasızlıq daha mümkün deyil. BMT Yəməndəki humanitar böhranı “dünya ən pisi” adlandırıb və Səudiyyə Ərəbistanını bilə-bilə beynəlxalq yardıma mane olmaqda ittiham edib. Qərbdə son zamanlar bir çox siyasətçilər təkcə yardım tədarükünün qabağını almayan, həmçinin ərzaq anbarlarını, bazarları, fermaları və balıqtutan gəmiləri bombardmana məruz qoyan Səudiyyə rejiminin hərbi cinayətlərindən danışmağa başlayıblar.

350-dən çox görkəmli mədəniyyət və elm xadimi, həmçinin istefadakı general və diplomat Yəməndəki münaqişənin “mininci günü” münasibətilə ABŞ, Böyük Britaniya və Fransa liderlərinə Səudiyyə Ərəbistanına basqı göstərmək və sülh danışıqlarının başlanması üçün BMT TŞ-dən istifadə etmək tələbiylə müraciət yayıb. Müraciətdə deyilir: “Ümumi humanitar fəlakət və aclığın qabağını almaq, barışıq təşkil etmək, mühasirəni dayandırmaq və ərzaq, yanacaq, dərman tədarükünü təmin etmək lazımdır”.

Dünyada qəti qənaət formalaşır ki, Səudiyyə Ərəbistanı cinayətkar üsullarla hərəkət edir və Yəmənin şiə tayfalarını diz çökdürmək üçün dinc əhali arasında aclıq törədir. Bunu hətta ər-Riyadın müttəfiqi olan ölkələr də etiraf etməyə məcbur olub. ABŞ prezidenti Donlad Tramp və Pentaqon Yəmənin dəniz mühasirəsini götürməyi tələb edib. Böyük Britaniyanın beynəlxalq inkişaf üzrə naziri Penni Mordont bildirib ki, Səudiyyə Ərəbistanının Yəmənə beynəxalq yardımın qarşısını almağa heç bir hüququ yoxdur və ər-Riyada xəbərdarlıq edib ki, aclıqdan silah kimi istifadə etmək humanitar hüququn pozulmasıdır.

Mordont fikir ifadə edib ki, Yəməndə eşidilməmiş miqyasda insan faciəsi oynanılır və əmin edib ki, Böyük Britaniya bu ölkəyə təcili humanitar yardım göstərilməsi üçün hər şeyi edəcək. Britaniya XİN təmsilçiləri də mühasirəni zəiflətmək xahişiylə Səudiyyə Ərəbistanına müraciət ediblər, lakin səudiyyəlilər qarşı addım atmayaraq iddia ediblər ki, beynəlxalq humanitar yardım husilərə silah tədarük etməkdən yana istifadə olunur.

Tərcümə Strateq.az-ındır.

Loading...

QALEREYA