Vikipediyaçılar milli qəhrəmanlar haqda dörd xarici dildə məqalə yaratdılar

  • 2019-02-15 16:22:24
  • |
  • Ölkə /

Vikipediyaçılar milli qəhrəmanlar haqda dörd xarici dildə məqalə yaratdılar

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin və Şəms Tərcümə Xidmətləri Mərkəzinin əməkdaşlığı çərçivəsində “Vikipediya”da Milli qəhrəmanlarımız haqqında müxtəlif dillərdə məqalələrin yaradılması prosesi uğurla davam edir.

MEK-dən Hurriyyet.org-a bildirilib ki, Ukrayna, ispan, çex və gürcü dillərində olan “Vikipediya”larda Təbriz Xəlilbəyli, Şövqiyar Abdullayev, Nofəl Quliyev, Valeh Müslümov və Məhərrəm Seyidov haqqında məqalələr yerləşdirilib.

Məqalələrdə Milli qəhrəmanlarımızın həyatı və keçdikləri döyüş yolu barədə ətraflı məlumat verilir.

Qeyd edək ki, “Vikipediya” Metodik Mərkəzinin və Şəms Tərcümə Xidmətləri Mərkəzinin əməkdaşlığı çərçivəsində xarici dillərdə olan “Vikipediya”larda Azərbaycanın tarixi, mədəniyyəti, görkəmli elm və ictimai-siyasi xadimləri haqqında məqalələr yerləşdirilib. Həmçinin Azərbaycanın Milli qəhrəmanları haqqında digər dillərdə də məqalələrin yaradılması nəzərdə tutulub.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA