“Vikipediya”da Azərbaycanda Stalin repressiyaları ilə bağlı məqalə yaradılıb

  • 2019-04-10 10:57:40
  • |

“Vikipediya”da Azərbaycanda Stalin repressiyaları ilə bağlı məqalə yaradılıb

Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən “Vikipediya”da “Azərbaycanda Stalin repressiyaları” sərlövhəli məqalə yaradılıb.

MEK-dən Hurriyyet.org-a bildirilib ki, “Vikipediya”da seçilmiş məqalə statusu almış bu geniş materialda repressiyalara qədər baş verən hadisələr, İosif Stalinin hakimiyyətə gəlişi, kütləvi “təmizləmə”lərin başlanması barədə məlumat verilir.

“1930-1936-cı illər arası siyasi repressiyalar”, “Böyük təmizləmə Azərbaycanda”, “Respublika rəhbərlərinə və partiya üzvlərinə qarşı repressiyalar”, “Şamaxı prosesi”, “Xalq təsərrüfatı sistemində repressiyalar”, “Ziyalıların repressiyası”, “Mikayıl Müşfiqin işi”, “Elm xadimləri”, “Ümumittifaq pantürk təşkilatı” işi üzrə SSRİ Elmlər Akademiyasının Azərbaycan filialında repressiyalar” sərlövhəli məqalələrdə oxucular mövzu ilə bağlı ətraflı məlumat əldə edə bilərlər. Məqalədə, həmçinin repressiyaya məruz qalmış şair və yazıçılar, incəsənət xadimləri, “böyük təmizləmə”nin bitməsi haqqında geniş məlumat verilir, qurbanların sayı göstərilir.

Məlumatda, eyni zamanda, “Almanların Azərbaycandan deportasiyası”, “İşgəncələr”, “Repressiyaya məruz qalanların yaxınları”, “Repressiya və din”, “Azərbaycanda QULAQ düşərgələri”, “Repressiyaya məruz qalmış Cümhuriyyət tələbələri” başlıqları da mövcuddur.

Qeyd edək ki, “Azərbaycanda Stalin repressiyaları” məqaləsi ölkəmizdə repressiya dövrü və mövzu ilə bağlı dəyərli mənbədir və burada 260-dan çox istinad mövcuddur. Məqaləni qeyd olunan linkdən oxumaq mümkündür:

https://az.wikipedia.org/wiki/Az%C9%99rbaycanda_Stalin_repressiyalar%C4%B1?fbclid=IwAR0oXfAFPVRNwWQfOBkK6p11nU0OjLWRu1Y2uHwBwrgSyVs1KqbupafJdr8

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA