VİLAYƏTİNİN QƏFİL MOSKVA SƏFƏRİ: Helsinki sammitindən əvvəl Tehrandan 2 mühüm mesaj - TƏHLİL

VİLAYƏTİNİN QƏFİL MOSKVA SƏFƏRİ: Helsinki sammitindən əvvəl Tehrandan 2 mühüm mesaj - TƏHLİL

“Etemad” qəzeti (İran)

İyulun 11-də Ali Liderin beynəlxalq məsələlər müşaviri Əli Əkbər Vilayəti Xarici İşlər Nazirliyinin təmsilçiləri ilə birlikdə Rusiyanın paytaxtında olacaq. O, Ayətullah Xamnəidən və prezident Həsən Ruhanidən iki ismarışı Rusiya prezidenti Vladimir Putinə çatdıracaq.

Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi bununla bağlı deyib: “Birləşmiş Ştatlar prezidentinin strateji səhvi və nüvə sazişindən çıxmasından sonra İran İslam Respublikasının yüksək məqamlı rəsmiləri xüsusi nümayəndələri vasitəsilə bir sıra dövlət başçılarına mesajlarının göndərilməsi barədə qərar qəbul edib. Bu ismarışlarda ABŞ-ın beynəlxalq hüquqa zidd qərarına ölkəmizin mövqeyi açıqlanır”.

Qasiminin sözlərinə görə, Xarici İşlər Nazirliyi səlahiyyətlilərindən ibarət heyətə başçılıq edən Vilayəti Moskvaya səfərinin ardınca Pekinə yollanacaq.

Bundan əvvəl Xarici Strateji Əlaqələr Şurasının sədri Kamal Xərrazi və digər rəsmilər son iki həftə ərzində müxtəlif Avropa ölkələrinə İranın xüsusi elçiləri qismində səfərlər ediblər.

Avropa dövlətləri kimi, Rusiya da İranla nüvə müzakirələrinin iştirakçılarından biridir. Moskva 1 + 4 paketində qaldığını hələ iki ay əvvəl açıqlayıb. ABŞ-ın İranla nüvə razılaşmasından çıxması ilə Sergey Lavrov iradlarını dilə gətirib və İranın sazişə əməl etdiyini, sadiqliyini xüsusi vurğulayıb.

Ötən cümə günü Vyanada keçirilən birgə nazirlər konfransında İran üç Avropa ölkəsi ilə ticarət dövriyyəsində ABŞ dollarının istifadə etməmək barədə razılığa gəlib. Son 10 gündə Rusiya aydın şəkildə Birləşmiş Ştatların sazişdən çıxması şəraitində Moskvanın iqtisadi zərərlər üçün kompensasiya etmək üçün mümkün olan hər şeyi edəcəyini açıqlayıb.

Digər tərəfdən, Rusiya Suriyada İranın təsirini cilovlamaq üçün İsrail rejimi ilə sıx əməkdaşlıq edir və Benyamin Netanyahunun Moskvaya növbəti səfəri gözlənilir. Vilayətinin səfərindən sonra Rusiya prezidenti Vladimir Putin məhz onunla görüşəcək.

Son iki ildə Netanyahu işğal olunmuş ərazilərlə Cənub Suriyanın ortaq sərhədlərində İran və “Hizbullah” qüvvələrini qovmaq xahişi ilə Rusiya rəsmi səfərlər çərçivəsində Putin və digər rus rəsmiləri ilə 10 dəfədən çox görüşüb. Moskvaya növbəti səfərindən əvvəl Netanyahu İsrailin təkcə Cənubi Suriya deyil, Suriyanın istənilən guşəsində İran və onun dəstəkləyən qüvvələrin daimi hərbi mövcudluğunu dözülməz olacağını yenidən təkrarlayıb.

İsrail baş naziri bu tələbini Rusiya hakimiyyətinə israrla hər görüşdə açıqlayıb. Halbuki Rusiya və ya İran, Livan “Hizbullah”ı kimi xarici qüvvələrin Suriyadan çıxarılmasına dair heç bir cədvəl yoxdur.

Odur ki, görünür, Vilayətinin Putinlə dialoqunun əsas istiqamətlərindən biri ölkə xaricində İranın cilovunu çəkmək üçün Təl-Əvivin Moskva təzyiqləri olacaq.

Bir çox analitiklər Rusiyanın Suriyadakı müharibəni Bəşər Əsədin lehinə dəyişdirdiyini vurğulayaraq, ən azı ötən il Suriyada İran və İsrail qüvvələri arasında hərbi qarşıdurmanın qarşısını almaqda çox mühüm rol oynadığına inanırlar. Elə Vilayətinin Moskvaya səfəri də dörd gün əvvəl İran dəstəkli qüvvələrin Suriyadakı bazası olması iddia edilən T4-ə İsrailin növbəti hərbi hücumundan sonra baş tutacaq.

Digər tərəfdən, səfər Finlandiyanın paytaxtı Helsinkidə Putinin ABŞ-lı vəzifədaşı Donald Trampla tarixi zirvəsi ərəfəsində baş verir. İki prezident arasında ilk təkbətək rəsmi görüşdən əvvəl Tramp İran əleyhinə iqtisadi və siyasi təzyiqləri gücləndirmək qərarlılığı nümayiş etdirib. Təbii ki, İranın nüvə proqramı, eləcə də İranın regional fəaliyyətlərini əsas gətirərək. Helsinkidə keçiriləcək sammitin nəticələri bu qərarlılığın nə qədər davamlı olacağına aydınlıq gətirəcək.

Tərcümə: Strateq.az

Loading...

QALEREYA