Vitse-spiker məscidlə bağlı sual verən jurnalisti hədələdi: “Bu mövzudan əl çəkməsəniz..."

Vitse-spiker məscidlə bağlı sual verən jurnalisti hədələdi: “Bu mövzudan əl çəkməsəniz..."

Gürcüstan parlamentinin vitse-spikeri Gia Volski Batumi şəhərində yeni məscidin inşası məsələsi ilə bağlı ona sual verən jurnalisti hədələyib.

Hurriyyet.org report-a istinadən xəbər verir ki, sualı parlament sədrinin müavininə “Acarıstan” televiziyasının müxbiri ünvanlayıb.

G.Volski bildirib ki, yeni məscidin tikintisi ilə bağlı ictimai konsensus tələb olunur.

Jurnalist vitse-spikerdən “Lelo” ictimai hərəkatının təsisçisi Mamuka Xazaradzenin məscidlə bağlı şərhinə münasibət bildirməyi xahiş edib. G.Volski isə mətbuat nümayəndəsinə “Bu mövzudan əl çəkməsəniz, akkreditasiyanızı dayandıracağam” deyib.

M.Xazaradze jurnalistlərə açıqlamasında məscidlə bağlı məsələnin detalları barədə məlumatsız olduğunu bildirib. O, jurnalistlərdən “Türkiyə ərazisində olan bizim kilsələrin hansı vəziyyətdə olduğunu görürsünüzmü” deyə soruşub. Gürcüstanın Müsəlmanlar Birliyinin (GMB) sədri Tariel Nakaidze məsələ ilə bağlı açıqlama yayıb. Onun sözlərinə görə, yeni məscidin inşası məsələsinin siyasiləşdirilməsinə cəhdlər olunur. GMB sədri M.Xaradzenin bəyanatını siyasi səhv kimi qiymətləndirib.

T.Nakaidze Acarıstan paytaxtında yeni məscidin inşasını demokratiya testi adlandırıb. O, G.Volski və M.Xazaradze ilə görüşüb mövzu ilə bağlı müzakirələr aparmağa hazır olduğunu bildirib.