Vladimir Zelenski: Ukraynanın NATO və Avropa Birliyinə yönəlik kursu referenduma çıxarılacaq

Vladimir Zelenski: Ukraynanın NATO və Avropa Birliyinə yönəlik kursu referenduma çıxarılacaq

Ukraynanın hazırkı hökuməti yalnız seçkilərə görə konstitusiya qaydasında ölkənin NATO və Avropa Birliyinə doğru istiqamət vektorunu təsdiqləyib. Lakin belə bir mühüm siyasi qərar, ümumiyyətlə, bu və ya digər ittifaqa daxil olub –olmamaq məsələsini ukraynalıların özləri referendum qaydasında müəyyən etməlidirlər.

Musavat.com Ukayna mətbuatına istinadən xəbər veirr ki, bu sözlər ölkədə keçiriləcək prezident seçkilərinə qalib gəlməyə ən real namizədlərdən biri sayılan, kinoprodüser və aktyor Vladimir Zelenskiyə məxsusdur.

V.Zelenski bütün hallarda ölkəsinin Qərbin adı çəkilən iqtisadi və hərbi strukturlarına inteqrasiyasını hər zaman dəstəkləyəcəyini vurğulayıb.

Bundan başqa, ukraynalı siyasətçi ABŞ vətəndaşı olması səbəbindən qanunların ziddinə olaraq səhiyyə naziri təyin edildiyi deyilən Ulyana Suprunun da müdafiəsinə qalxıb.

Qeyd olunur ki, son sorğular Vladimir Zelenskinin ən yaxın rəqibləri, prezident Pyotr Poroşenko və keçmiş baş nazir Yuliya Timoşenkodan öndə göstərir.

Buna görə ikinci turda aktyor-siyasətçi istənilən rəqibini məğlub edə bilər.\\Musavat.com

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA