Övladının tələbə olması üçün 20 min dollar verdi - BAKIDA ŞOK DƏLƏDUZLUQ

Övladının tələbə olması üçün 20 min dollar verdi - BAKIDA ŞOK DƏLƏDUZLUQ

Bakıda dələduzluqla üzləşmiş şəxs hüquq-mühafizə orqanlarına müraciət edib.

Hurriyyet.org publika.az-a istinadən xəbər verir ki, Bakı şəhər Prokurorluğuna müraciət edən 1976-cı il təvəllüdlü Həşimov Sahib Əli oğlu tanışlarının onu aldadaraq 20 min dollar pulunu aldığını bildirib.

S.Həşomovun sözlərinə görə, Zərbalı və Fərid adlı şəxslər onun övladını Türkiyədə universitetə qəbul etdirəcəklərinə söz veriblər və bu məqsədlə 20 min dollar alıblar. Lakin həmin şəxslər verdikləri vədə əməl etməyərək pulu mənimsəyiblər.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.