Övladlar arasında qısqanclığın səbəbləri - TÖVSİYƏLƏR

  • 2019-09-09 16:24:05
  • |
  • Sosial /

Övladlar arasında qısqanclığın səbəbləri - TÖVSİYƏLƏR

Övladlar arasında qısqanclığı demək olar ki, bütün uşaqlarda görmək mümkündür. Bu, müəyyən dərəcəyə qədər normal qəbul edilə bilər. Hər uşaq qayğı ilə böyüyür və buna öyrəşir. Yeni şərtlər altında özünə bacı ( və ya qardaş) gələcəyini öyrənən uşaq şüuraltında əvvəlki qədər sevilməyəcəyini, ona olan qayğının azalacağını və ya tamamilə digər uşağa diqqət yetiriləcəyini düşünür. Bu vəziyyət ailənin uşağa və dünyaya gələcək körpə haqqındakı ifadələri ilə formalaşır.

Ən önəmlisi böyük uşağın yeni doğulan körpəyə hər hansı zərərverici davranış etməməsidir. Günümüzdə övladlar arasındakı qısqanclığın qarşısı alınmadıqda, son dərəcə mənfi hadisələrə gətirib çıxara bilər.
Valideynlər körpə dünya gəlməmişdən əvvəl uşağa yeni qardaş (və ya bacı) gələcəyini çox həssaslıqla izah etməlidirlər. Yeni körpənin ona oyun yoldaşı və həyatdakı ən böyük köməkçisi olacağını söyləməlidirlər. Uşaq körpəni onun yerini alacaq "təhdid" kimi görmək əvəzinə, birlikdə oyun oynacağı, bir-birilərini çox sevəcəkləri, hətta birlikdə dəcəllik edəcək yeni bir dostu olacağını düşündükdə qısqanclıqdan əl çəkəcək və yeni vəziyyəti sevinclə qarşılayacaqdır.

Ancaq bu vəziyyəti uşaq dünyaya gəldikdən sonra da davam etdirmək mütləqdir. Yeni doğulan körpəyə qarşı edilən davranışlar, ifadələr şişirdirməməli, böyük uşağa da eyni cür davranılmalıdır. Məsələn, körpəni yedizdirərkən o biri uşağa da nələrsə hazırlanmalı və birlikdə qidalanmaları təmin edilməlidir. Yeməkdən sonra valideynlərin oyun vaxtı adı altında onu körpəni sevməyə yönəltməsi, balacanı oxşayıb-əzizləyərək onunla oyun oynaması qısqanclıq düşüncəsini ortadan qaldırmağa və bir-birini sevməsinə kömək edəcəkdir.

Həmçinin, uşaqla birlikdə körpəyə qulluq edin. Sizə kömək etməsinə icazə verin. Belə olduqda, həm uşaqda məsuliyyət hissi formalaşacaq və körpəyə qarşı daha həssas, sevgi dolu olacaqdır.

Qeyd etdiyimiz bu tip problemlərin həlli uşağın yeni övlada olan davranışını düzgün yönəltməkdən keçir. Lakin bütün bu səylərə və istiqamətləndirmələrə baxmayaraq, qısqanclıq davam edirsə və gün keçdikdə daha da artırsa, mütləq peşəkar dəstək alınmalıdır.

Aytac ASƏFQIZI, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA