Vyana görüşünün Qarabağ probleminin həllinə hər hansı təsiri olacaqmı? - POLİTOLOQ ŞƏRHİ

  • 2019-03-30 12:09:47
  • |
  • Aktual /

Vyana görüşünün Qarabağ probleminin həllinə hər hansı təsiri olacaqmı? - POLİTOLOQ ŞƏRHİ

Qabil Hüseynli: “Görüşün ciddi nəticələr verəcəyinə inanmıram... Bəlkə möcüzə baş verdi”

Dünən Vyanada Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən təkbətək ilk rəsmi görüş oldu. Məlumata görə, Azərbaycan Prezidentinin Ermənistan baş naziri ilə geniş tərkibdə görüşü bitdikdən sonra prezident İlham Əliyevin Paşinyanla təkbətək görüşü təxminən 2 saat davam edib. Danışıqlar xarici işlər nazirləri və ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə başa çatıb.

Maraqlıdır ki, görüşdən sonra heç bir bəyanat yayılmayıb. Yəni Prezident İlham Əliyevlə N.Paşinyanın 2 saat davam edən görüşündə nələr müzakirə olunub, bunun detalları açıqlanmır. Bəs, görəsən, bu görüşdən nəsə ümid etməyə dəyər?

“Prinsipial irəliləyişlərin olacağını gözləmirəm”

Картинки по запросу Qabil Hüseynli

Azərbaycan prezidenti İlham Əliyevlə Ermənsitanın baş naziri Nikol Paşinyaının Vyanada keçirilən görüşü ilə bağlı keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli “Hürriyyət”ə dedi ki, o, görüşün ciddi nəticələr verəcəyinə inanmır: “Çünki ermənilər rusların təlimatı ilə işləyir. İndi danışıqları aparan, iş başında olan adamlar əvvəlkilərdən daha radikal, millətçidirlər. Bütövlükdə prinsipial irəliləyişlərin olacağını gözləmirəm, bəlkə möcüzə baş verdi. Tutalım ki, Amerikanın və başqa dövlətlərin təzyiqi ilə nələrsə baş verdi. Nələrisə çox ehtiyatla işlətməyin tərəfdarıyam. Amma Paşinyan deyir ki, bu görüş tanışlıq xarakteri daşıyır, məsələlərin ümumi müzakirəsini keçirəcəyik və format məsələsini yenidən gündəmə gətirəcəyik. Yəni qondarma “Dağlıq Qarabağ Respublikası”nın formata daxil edilməsini nəzərdə tutur”.

“Mən naşı bir adamın konstruktiv danşıqlar aparıcağına inanmıram”

“Paşinyanın deməyinə görə prosesin ümumi mənzərəsi müzakirə olunacaq. Xarici işlər nazirlərinin iştirakı ilə 2 saat danışıq olub. Paşinyan görüşə getməmişdən qabaq deyirdi ki, bütün Dağlıq Qarabağın anatomiyasının müzakirə edəcək. Yəqin ki, o, Dağlıq Qarabağın anatomiyası deyəndə “niyə Dağlıq Qarabağ müharibəsi başlayıb, niyə Dağlıq Qarabağ erməniləri o mübarizəyə başlayıb” deyəcək və sonda o, əsaslandırmağa çalışacaq ki, baş verən hadisələrə Ermənistanın qatışacağı yoxdur, bunu “şanlı Dağlıq Qarabağın özünü müdafiə qüvvələri” həyata keçirir. Yəni mən naşı bir adamın konstruktiv danşıqlar aparacağına hələ inanmıram”,-deyə politoloq vurğuladı.

Şamo EMİN, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA