Xaçmazda 150 kiloya yaxın yararsız at əti aşkarlandı

  • 2019-04-05 12:24:40
  • |
  • Ölkə /

Xaçmazda 150 kiloya yaxın yararsız at əti aşkarlandı

Xaçmaz rayonunun Armud Padar kəndi ərazisinin meşə zolağında Köhnə asvalt zavod adlanan əraziyə baxış keçirən zaman həmin sahədə 110 kq sümüklü, 36 kq sümükdən ayırılmış mənşəyi məlum olmayan heyvan cəmdəyi, at başları, ayaqları və digər hissələri aşkar olunub.

Hurriyyet.org Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir ki, ilkin araşdırma zamanı aşkar olunmuş ətin orqonoleptik göstəricilərinə əsasən istifadəyə yararsız olduğu müəyyən edilib. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən əldə olunmuş məlumat əsasında aparılan araşdırma zamanı aşkar olunan mənşəyi məlum olmayan ətlər insan istehlakı üçün yararsız və insan sağlamlığı üçün təhlükəli olduğundan Agentlik əməkdaşları tərəfindən utilizasiya olunub.

Qida Təhlükəsizliyi Agentliyi vətəndaşların sağlamlığının qorunması, əhalinin təhlükəsiz qida ilə təmin edilməsi istiqamətində nəzarət tədbirlərini davam etdirməkdədir. Agentlik vətəndaşlardan bu kimi hallarla bağlı məlumatları olduğu təqdirdə Agentliyin 1003 nömrəli "Çağırı Mərkəzi”nə məlumat verməyi xahiş edir.

Xaçmazda 150 kiloya yaxın yararsız at əti aşkarlandı

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA