“Anası elə bilib mağazadadırlar” - Ata və oğulun meyitləri tapıldı - ŞOK TƏFƏRRÜAT - YENİLƏNİB

“Anası elə bilib mağazadadırlar” - Ata və oğulun meyitləri tapıldı - ŞOK TƏFƏRRÜAT - YENİLƏNİB

Xaçmazda ata və oğulun ölümü ilə nəticələnən yanğın baş verib.

Hurriyyet.org  xəbər verir ki, hadisə rayonun Yalama kəndində baş verib. Yanğın nəticəsində 35 yaşlı Əjdər  Qədirov və 5 yaşlı oğlu Taleh Qədirov yanaraq dünyasını dəyişib.

Şirxanım Qədirova - Əjdər Qədirovun anası: "Bir uşaq tüstüdən güclə çıxıb gəldi. Mənə dedi ki, nənə, ev yanır. Mən gedəndə ev yanmışdı".

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Xaçmaz Rayon Dövlət Yanğından Mühafizə hissəsinin yanğın söndürən maşının və işçi qüvvəsi cəlb olunub. Yanğın söndürülsə də evdə qalan iki nəfərin həyatını xilas etmək mümkün olmayıb. Yanğının kəşfiyyatı zamanı ev sahibi Əjdər Qədirovun və oğlu Taleh Qədirovun yanmış meyitləri aşkar edilib.

Almas Canmirzəyev - Əjdər Qədirovun qohumu: "Nədən olduğu bilinmir. Özü siqaret çəkən olub. Uşaqlar dan biri də hadisədən əvvəl sobada od qalayıb. 3 oğlu var.  Uşaqlardan biri nənəsi ilə yatırmış. Yanan evdə iki oğlu ilə olub. Anası elə bilib mağazadadırlar. Yanğın söndürənlər gələndən sonar biliblər ki, onlar evdə imiş".

Hadisə zamanı həlak olan Əjdər Qədirov 3 oğul və 1 qız atası olub.

Faktla bağlı araşdırma aparılır./ARB TV/

***10: 09

Xaçmaz rayonunda ölümlə nəticələnən yanğın hadisəsi baş verib.

Hurriyyet.org Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə rayonun Yalama kəndində qeydə alınıb. Belə ki, ümumi sahəsi sahəsi 20 m² olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yanğının kəşfiyyatı zamanı 1984-cü il təvəllüdlü Qədirov Əjdər Tofiq oğlunun və 2013-cü il təvəllüdlü Qədirov Taleh Əjdər oğlunun yanmış meyitləri yanğınsöndürənlər tərəfindən aşkar olunub. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA