Xaçmazlı qız imtahanda 700 bal topladı - FOTO

Xaçmazlı qız imtahanda 700 bal topladı - FOTO

Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi qəbul imtahanında 700 bal toplayan abitiruyentlərin daha birinin adı məlum olub.

Hurriyyet.org azvision.az-a istinadən xəbər verir ki, Xaçmaz şəhər Akademik Zərifə Əliyeva adına 8 nömrəli məktəb-liseyin şagirdi Jalə Rəcəbova II ixtisas qrupu üzrə rekorda imza ataraq 700 bal toplayıb.
Jalə Rəcəbova bildirib ki, 700 bal toplayacağını ondan başqa hamı gözləyirdi:

"700 toplamaq bir az şans işi olduğuna görə, özümü əvvəldən ümidləndirmək istəmirdim, amma minimum 680 bal toplayacağıma söz vermişdim. Həmin anda nə hiss etdiyimi bilmirəm, belə vaxtlarda adətən sakit oluram, sevinsəm də büruzə vermirəm. Amma məni sevindirən əsas ailəmin - anamın, atamın, bacılarımın sevinməsi oldu. Birinci sinifdən əlaçı olmuşam, 9-cu sinfi qırmızı şəhadətnamə ilə bitirmişəm".

Jalə Rəcəbova ABŞ-da keçirilən Qafqaz Gənc Liderlər proqramının 1 ay müddətində iştirakçısı olub, İndiana Universitetində biznes və sahibkarlıq dərsləri alıb, proqramın davamını isə Gürcüstanda müvəffəqiyyətlə bitirərək sertifikat alıb.

Hansı universitetdə oxuyacağına hələ qərar vermədiyini deyən abituriyent maliyyə ixtisası üzrə təhsil alacağını söyləyib.

"Təhsil haqqından azad edən və ya təqaüd verən universitet olsa, xaricdə oxumaq barədə düşünmək olar. Amma Azərbaycanda da, düşünürəm ki, xaricdəki universitetlərə bərabər reytinqdə sayıla biləcək universitetlər az deyil. Ola bilsin ki, seçimim onlardan biri oldu. Qəbul imtahanlarına hazırlaşmaq üçün 2 il kursa getmişəm".

Qeyd edək ki, Zeynəb Quluzadə və Elvin Kərimli də qəbul imtahanlarında 700 bal toplayıblar.

Xaçmazlı qız imtahanda 700 bal topladı - FOTO

Loading...

QALEREYA