Xalidə Bayramova Elinanın işi bağlı məhkəməyə gəldi – FOTO

Xalidə Bayramova Elinanın işi bağlı məhkəməyə gəldi – FOTO

Səbail rayonunda yerləşən 162 saylı orta məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın ölümü ilə bağlı barəsində ittiham verilən direktoru Sevinc Abbasovanın məhkəməsində Səbail rayon icra başçısının müavini Xalidə Bayramova ifadə verib.

Hurriyyet.org BakuPost-a istinadən xəbər verir ki, məhkəməyə jurnalistlər və ictimaiyyət nümayəndələri buraxılmayıb.

Məhkəməyə gələn Xalidə Bayramova ifadə verərək məhkəməni tərk edib.

Qeyd edək ki, Elinanin intiharından sonra məktəbə ilk gələn rəsmi şəxs Səbail rayon icra başçısının müavini Xalidə Bayramova olub. O, intihardan bir saat sonra hadisə yerinə gəlib və onun gəlişinin ardınca məktəbə təcili yardım çağırılıb.