Xalq artisti Arif Məlikov DÜNYASINI DƏYİŞDİ

Xalq artisti Arif Məlikov DÜNYASINI DƏYİŞDİ

Azərbaycanın Xalq artisti Arif Məlikov dünyasını dəyişib.

Hurriyyet.org-un məlumatına görə, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Görkəmli bəstəkar bu gün 86 yaşında vəfat edib.

Qeyd edək ki, Arif Cahangir oğlu Məlikov 13 sentyabr 1933-cü ildə Bakı şəhərində anadan olub. 1960-ci ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını Qara Qarayevin bəstəkarlıq sinfi üzrə bitirib.

Arif Məlikovun əsərləri dünyanın bir çox ölkələrində - Rusiya, ABŞ, Böyük Britaniya, Fransa, Yaponiya, Türkiyə, Braziliya, Avstriya, Norveç, Finlandiya, İtaliya, Misir, Tailand, Yuqoslaviya, Bolqarıstan, Ruminya, Macarıstan, Çexiya, Slovakiya, Polşa, Almaniya, Özbəkistan, Qazaxıstan, Moldova, Ukrayna və Gürcüstanda ifa olunub.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA