Fuad Poladov son mənzilə alqışlarla yola salındı - VİDEO - YENİLƏNİB

Fuad Poladov son mənzilə alqışlarla yola salındı - VİDEO - YENİLƏNİB

Xalq artisti Fuad Poladov son mənzilinə yola salınır.

Hurriyyet.org xəbər vreir ki, bu gün səhər saatlarında dünyasını dəyişən aktyorla vida mərasimi başa çatıb.

Mərhumun nəşi evindən götürülərək yaşadığı binanın həyətinə gətirilib. Onunla vidalaşmağa gələn sənət dostları aktyoru son mənzilə alqışlarla və güllərlə yola salıblar./axşam.az/

Qeyd edək ki, F.Poladov “Qurd qapısı”nda dəfn olunacaq.

 

***

Azərbaycanın xalq artisti Fuad Poladovla vida mərasimi keçirilir.

Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, mərhum sənətkarın yaşadığı binanın həyətində yas çadırı qurulub. Vida mərasimində teatr və kino xadmiləri, ictimaiyyət nümayəndələri iştirak edir. Ailəsindən bildirilib ki, vida mərasimi 14.00- dək davam edəcək.

Mərhum "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq.

F. Poladov vida mərasiminin evində keçirilməsini və "Qurd qapısı" qəbiristanlığında dəfn olunmasını özü vəsiyyət edib.

***

Xalq artisti Fuad Poladov vəfat edib.

Hurriyyet.org xəbər verir ki, bu barədə apa-ya onun ailəsindən məlumat verilib. Bildirilib ki, F. Poladov mayın 4-də axşam saatlarında dünyasını dəyişib.

Fuad Poladovun cənazəsi bu gün saat 13:00-da öz evindən götürüləcək. O, “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq.

Fuad Poladov 1948-ci il may ayının 24-də Bakıda doğulub. Sənətə 1966-cı ildə “İstintaq davam edir” filmində çəkildiyi Səlim rolu ilə gəlib. Azərbaycan Dövlət İncəsənət Universitetinin “Dram və kino aktyorluğu” fakültəsini bitirib (1967-1972). Sənət müəllimi Tofiq Kazımovun dəvəti ilə tələbə ikən Akademik Milli Dram Teatrında hazırlanan İlyas Əfəndiyevin “Məhv olmuş gündəliklər” pyesinin tamaşasında Savalan rolunu oynayıb. Premyerası 1969-cu il noyabrın 29-da göstərilən tamaşadan sonra teatrın aktyor truppasına daxil olub.

20 mart 1987-ci ildə “Azərbaycanın xalq artisti” fəxri adını alıb.

Fuad Poladov 50-ə yaxın filmdə və tamaşada müxtəlif rolları böyük sənətkarlıqla ifa edib.

xalq artisti fuad poladovla vida merasimi kecirilir yenilenibxalq artisti fuad poladovla vida merasimi kecirilir yenilenibxalq artisti fuad poladovla vida merasimi kecirilir yenilenibxalq artisti fuad poladovla vida merasimi kecirilir yenilenib

Loading...

QALEREYA