“Xalq Bank”a məxsus kartlardan vəsaitlər silinib

“Xalq Bank”a məxsus kartlardan vəsaitlər silinib

“Xalq Bank” ASC müştərilərinə müraciət edib.

Müraciətdə bildirilir ki, bu gün texniki nasazlıqla əlaqədar müştərilərin kart hesablarından vəsaitlərin silinməsi halları baş verib.

“Nasazlıq aradan qaldırılıb, balansınız bərpa olunub. Narahatlığa görə üzr istəyirik”, - deyə müraciətdə qeyd olunub./report/