“Xalq müxalifətin tərəfindədir” - PƏNAH HÜSEYN

“Xalq müxalifətin tərəfindədir” - PƏNAH HÜSEYN

“Çalışırıq ki, bu hərəkat xalqın taleyində müsbət rol oynasın”

Ötən il dekabrın 25-də Bakıda, Klassik Xalq Cəbhəsi Partiyasının mərkəzi qərargahında Azərbaycandakı ictimai-siyasi vəziyyətə və müxalifətin vəzifələrinə həsr olunmuş dəyirmi masa keçirildi. Bundan sonra, yanvarın 5-də Azərbaycan Demokrat Partiyasını qərargahında müxalifət rəbhərlərinin yenidən yığışması göstərir ki, yeni bir hərəkatın yaranması ehtimalı artıq ciddiləşir.

Lakin ADP-nin qərargahında keçirilən müxalifət rəhbərlərinin toplantısında qeydiyyatdan keçməyən partiyaların yeni yaradılacaq Xalq Hərəkatının təsisçisi olub-olmaması və digər məsələlər müzakirə mövzusu olub ki, bu da müxalif siyasilər arasında bir az gərginlik yaradıb. Tədbirin əvvəlində qeydiyyatdan keçməyən partiyaların Hərəkatın təsisçisi olub-olmaması haqda ziddiyyətli fikirlər səslənsə də, sonda iclas iştirakçıları yanvarın 26-da Xalq Hərəkatının təsis edilməsi ilə bağlı tədbir keçirmək üçün razılığa gəliblər. Artıq Xalq Hərəkatının həmin vaxta kimi nizamnaməsi müzakirə olunur ki, bu da müxalifətin yeni bir dönəmə keçdiyini söyləməyə imkan verir. Maraqlıdır ki, son toplantıda qərara alınan Xalq Hərəkatının xalqın taleyində ciddi bir rol oynayacağına ümid etmək olarmı? Bu və digər suallara cavab almaq üçün toplantıda iştirak edən partiyalardan birinin – Azərbaycan Xalq Partiyasının (AXP) sədri, keçmiş baş nazir Pənah Hüseynlə söhbətləşdik:

- Bu, toplantı deyildi. Bu, 25 dekabrda keçirilmiş Dəyirmi Masanın yaratdığı işçi qrupunun iclası idi. Dəyirmi Masada müəyyən təklif və fikirlərlə yanaşı, bu cür fikirlər səslənmişdi və bu da müzakirə olundu. İşçi qrupu da bunu məqsədəuyğun saydı. İndi təsisçılər yığıncağının keçirilməsi və burada elan olunması barədə razılaşma əldə olundu. Məsələ budur.

Əlbəttə ki, təsis yığıncağında bunun yaradılması ehtimalı olduqca böyükdür. Bu, orada müəyyən oluncaq. Bizim hamımız ümid edirik, çalışırıq ki, bu Hərəkat xalqın taleyində müsbət, pozitiv rol oynasın.

Картинки по запросу Klassik Xalq Cəbhəsi Partiyasının mərkəzi qərargahında Azərbaycandakı ictimai-siyasi vəziyyətə və müxalifətin vəzifələrinə həsr olunmuş dəyirmi masa keçirildi.

- Qeydiyyatı olmayan partiyaların Hərəkatın təsisçisi olmaması haqda fikirlər iclasda əyləşən bəzi partiya sədrlərini narazı salıb. Bu problemi necə həll etmək mümkün olacaq?

- Mən, ümumiyyətə, partiyaların təsisçi olmaq ideyasının əleyhinəyəm. Mənim mövqeyim elədir ki, təsisçilər içərisində partiyalar olmasın. Əvvala bunun hüquqi müəyyən problemləri var. İkincisi, mən fərdi təsisçiliyin tərəfdarıyam. Başqa siyasi partiyaların, ictimai təşkilatların, kollektiv üzvlərin olmasının tərəfdarı olanlar da var.

- Sız çıxışınızda mövcud hakimiyyətin istefaya göndərilməsi və legtim yolla hakimiyyətin formalaşdırılmasından danışmısınız. Sizcə, buna legitim yolla nail olmaq mümkün olacaqmı?

- Ümümiyyətlə, biz legtim, dinc olmayan və Konstitusiyada, beynəlxlaq qanunlarda təsbit olmayan metodlarla aparılan mübarizənin əleyhinəyik.

- İqbal bəy çıxışında Müsavat Partiyası, AXCP, REAL və digər partiya sədrlərinin Xalq Hərəkatına qoşulması üçün müraciət edib. Sizcə, sözügedən partiya sədrləri bu hərakata qoşulacaqmı?

- İqbal bəyin müraciəti bir qədər fərqli idi. O, onları müzakirələrə dəvət etdi. Müzakirələrə dəvət oldu. Hesab edirəm ki, İqbal bəyin müraciəti çox normal və faydalı bir müraciətdir. Mən də İqbal bəyin həmin müraciətinin tərəfdarıyam.

- Sizcə, tərəfdarı olduğunuz bu müraciəti adıkeçən partiya sədriləri qəbul edib, müzakirələrə qatılacaqmı?

- Bu sualın ünvanı mən deyiləm.

- Yəni təxminlərinizi, ehtimalınızı bilmək istərdik.

- Mən bu cür mövzularda təxmin verməyi qeyri-ciddi sayıram. Adətən də vermirəm.

- İclasın videosu “Youtube”də yerləşdirilib. Ancaq vətəndaşların statuslarından görünür ki, müxalifət rəhbərlərinə qarşı çox inamsızdırlar. Hətta çox aqressiv statuslar yazılıb. Sizcə, müxalifət rəhbərləri nə etməlidirlər ki, münasibət dəyişsin?

- İnamsızlıq dediyiniz münasibətin obyektləri bunun üzərində düşünməlidirlər. Bu da problemlərdən biridir. Amma bu əsas problem deyil. Çünki aydın ünvanlı tənqid bir şeydir. Bu indi dövrümüzün reallığıdır. Sosial şəbəkələrdə ayrı-ayrı adlar altında olan “tənqid” ayrı bir şeydir. Amma istənilən halda bu məsələlər nəzərə alnmalıdır.

- Sizcə, bu inamsızlıq, aqressiya olduğu halda, vətəndaşlar əvvəlki Xalq Hərəkatında olduğu kimi, bu dəfə də Xalq Hərəkatına dəstək olacaqmı?

- Mən sizinlə razı deyiləm. Söhbət təkcə oradakı toplantıdan getmir. Mən hesab edirəm xalq müxalifətə qarşı aqressiv deyil, xalq müxalifətin tərəfindədir. Mənim təhlillərim, müşahidələrim bunu göstərir. Ayrı-ayrı adamların tənqidləri xalqın müxalifətin əleyinə olması demək deyil.

Şamo EMİN, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz