Xameneini təhqir edən alimə 13 İL HƏBS CƏZASI VERİLDİ

Xameneini təhqir edən alimə 13 İL HƏBS CƏZASI VERİLDİ

İranda alim Kamal Cəfəri Yezdiyə 13 il həbs cəzası verilib.

Bu barədə Anadolu İranın HRANA agentliyinə istinadən məlumat yayıb.

Bildirilir ki, Məşhəd məhkəməsinin qərarına əsasən, Yezdi hakimiyyətin devrilməsi məqsədi ilə təşkilat yaratdığına görə 10 il, hökumət əleyhinə təbligat apardığına görə 1 il və ayətullah Əli Xameneini təhqir etdiyinə görə 2 il həbs cəzası alıb.

Qeyd olunur ki, Yezdi uzun müddət Məşhəd şəhərinin ali təhsil ocaqlarında çalışıb. Ötən ilin avqustunda o, həbs edilib və 3 ay sonra zaminə buraxılıb.\\Oxu.az

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA