Xanım deputatın əmlaklarının SİYAHISI YAYILDI: Dubayda villa, Türkiyədə mənzil…

Xanım deputatın əmlaklarının SİYAHISI YAYILDI: Dubayda villa, Türkiyədə mənzil…

Mütəmadi olaraq mətbuatda deputatların sahib olduqları var-dövlət haqqında məlumatlar yayılır.
Hurriyyet.org unikal.org-a istinadən xəbər verir ki, bu dəfə isə 16 saylı Yasamal ikinci seçki dairəsindən Milli Məclisin deputatı seçilmiş Aytən Mustafazadənin sahib olduğu əmlakların siyahısı mətbuatda yer alıb.
Sosial şəbəkələrdə yayılmış həmin məlumatı təqdim edirik:

1. Azad Şirniyyat istehsalat Birliyi (azadsirniyyat.az) – 30 mağaza
2. Yasamal rayonu A.M.Şərifzadə küçəsində yeni binada bir neçə mənzil
3. H.Cavid propektində mənzil
4. İdeal Concept Group ( holdinqin prezidenti oğlu Orxandır, 29 yaşı var)
5. “One o One” ticarət kompaniyası
6. “Fresh Berry” supermarketlər şəbəkəsi (Dubayda yerləşir)
7. “Newadvice”- PRO şirkəti
8. “Twilight” yaxta, su oyunları, icarə və menecment şirkəti (Dubay – Jumeriah Beach Hotel, Marina Yacht Club, Marina Mall ərazilərində). Tərkibində yüzlərlə yaxta- ailəvi istirahət, balıq ovu üçün nəzərdə tutulub.
9. Tualet kağızları biznesi
10. Kartric doldurma biznesi
11. “Qart” avtomobil mərkəzi
12. İdeal Concept Groupun baş ofisi Dubayda “Grosvenor Business Tower”də yerləşir, İllik icarə haqqı kimi 520 min dollar pul ödəyir.
13. İtaliyanın məşhur “Sezak” şirkətinin parnyorudur.
14. İnşaatçılar metrosunun yaxınlığında şirniyyat evi
15. Bakının bir neçə yerində sifarişlə tort hazırlayan Sezak şirniyyat evi
16. Deputat həm də İnsan Hüquqları İnstitutunun direktorudur, İş yerində və evində bahalı itlər, pişiklər saxlayır
17. Dubayda sahilə yaxın yerdə villa
18. Türkiyədə mənzil
19. Bir neçə ölkədə şirkətlərin tərkibində reklam biznesi
20. Deputatın şirkətləri inşaat sahəsində də fəaliyyət göstərir… və s.
Xatırladaq ki, bir neçə il öncə deputatın Las-Veqasda kazinolardan birində fotosu yayılmışdı.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA