Xanım politoloqa qarşı “qara piar” KAMPANİYASI – Umuxanım Hüseynzadə baş verənlərə aydınlıq gətridi

Xanım politoloqa qarşı “qara piar” KAMPANİYASI – Umuxanım Hüseynzadə baş verənlərə aydınlıq gətridi

Tanınmış politoloq, türkçü xanım Umuxanım Hüseynzadə özünün Facebook səhifəsində maraqlı status paylaşıb. Barəsində səslənən əsassız ittihamlara cavab verən Ü.Hüseynzadənin statusunu olduğu kimi dərc edirik:

“Dəyərli dostlar və həmvətənlilərim!

Bu günlərdə sosial şəbəkələrdə Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatı kimi tanıdığınız BDAT-ın qeyri-rəsmi Kanada koordinatoru Rəna Müslümova tərəfindən həmçinin digər qeyri-rəsmi könüllüləri tərəfindən təqiblərə məruz qalmışam. Haqqımda guya rəsmi bəyanat verərək bütün izləyici və səhifə dostlarıma qərəzli şəkildə mətbuata yayımladıqları əsassız iddihamlarla dolu yazı dərc edilərək, özəl qutular vasitəsilə Facebook dostluğumda olan şəxslərə ünvanlanılır. Buna maddi sübut olaraq dostların göndərdiyi skrinşotları göstərmək kifayətdir.

Özlərini təşkilat rəhbərləri kimi qələmə verən bu şəxslər haqqımda nüfuzumu və ləyaqətimi alçaldan yazı dərc etdirib saytlarda yerləşdirərək, Azərbaycan Dövlətinin ali orqanlarının qət etdiyi məhkəmə qətnamələrinə qarşı hörmətsizcə davranıb, şou xarakterli düzənlənən bir verlişin linki ilə bərabər bütün sosial şəbəkələrdə paylaşaraq şəxslərə ünvanlayırlar. Mən bu şəxslərin mənimlə nə kimi qərəz tutduqlarını anlamaq istəyirəm. Hələ də Azərbaycanda, Kanada da, Rusiyada, İsveçdə və heç bir dövlətdə ədliyyə qaydaları ilə qeydiyyatından keçməyən bu nümayəndəliklər qeyri-qanuni işlərlə məşğul olaraq dövlətin nüfuzunu indidən qalmaqallı sosial layihələr vasitəsi ilə şəxsi işlərə müdaxilə edərək nəzərdən salmaqla məşğuldurlar. Təbii ki, bunun da arxasında mənfəətpərəst xislətləri durur.

Qeyd edim ki, BDAT Türkiyə Cümhuriyyətində Beynəlxalq Təşkilat kimi qeydiyyatdan keçmiş və hal-hazırki prezidenti Gürsəl bəy Özdəmirdir. Bu təşkilat bütün bəyanatlarını və qəbul etdiyi qərarları yalnız Türkiyə Cumhuriyyəti məkanında və qayda-qanunları çərçivəsində həyata keçirə bilmək səlahiyyətinə malikdir. Hələ də yuxarıda qeyd etdiyim ölkələrdə qanuni şəkildə nümayəndə heyyətlərinin açılmadığı halda təşkilatın adını öz mənafelərinə görə hallandıran bu şəxslər haqqımda Azərbaycan Dövlət Konstitusiyasına və Ədliyyə Nazirliyinin qanunlarına zidd hərəkət edərək öz cılız nüfuzlarından sui-istifadə edib guya təsdiqlənmiş təşkilat kimi əmrlər və bəyanatlar verərək yayımlayırlar. Şəxsiyyətimi, ləyaqətimi və dovlətimin mənafeyini bütün mənfəətlərdən yüksək bildiyim üçün mən Azərbaycan Ədliyyə Nazirliyindən nümayəndəlik kimi keçməyən, lakin adından hər yerdə öz məqsədləri üçün sui-istifadə edilən bu təşkilatdan üç gün öncə istefa bəyanatı yazaraq, tutduğum qeyri-rəsmi vəzifədən İstefa etmişəm. Buna baxmayaraq, haqqımda qərəzli mövqedən çıxış edən “təşkilatçılar” nüfuzuma xələlverici iddialarla adımı hər yerdə hallandırıb, mənə “dələduz” damğasının vurulmasına cəhd göstərirlər.

Həmçinin ictimaiyyəti aldadaraq Azərbaycanda bu təşkilatı qeydiyyatdan keçmiş kimi göstərir və özlərini təşkilat rəhbərləri kimi qələmə verib getdikləri hər ünvanda və teleməkanlarda Azərbaycan Dövlətinin adından çıxış edir və adını hallandırırlar. Mən bir Azərbaycan vətəndaşı olaraq bu ünsürlərin hüquqlarımı pozduqları üçün Azərbaycan Respublikasının Konstitusiya məhkəməsi və Avropa İnsan Haqqları Məhkəməsi qarşısında cavab vermələrini tələb edir və lazımi orqanlara şikayət ərizəsi ilə müraciət edəcəyimi bildirirəm. Belə düzənbazlıqla məşğul olan şəxslərin Azərbaycan Dövlətində eləcə də digər dövlətlərdə nümayəndə heyyətlərinin rəhbərləri kimi fəaliyyət göstərmələri, vəzifə tutmaları eləcədə Azərbaycan qanunlarının adından çıxış edərək guya vətəndaşlarımızın hüquq pozuntularını aradan qaldırması və dövlətçiliyin keşiyində durmaları qəbul edilməzdir.

Mən üzümü sözügedən Təşkilatın rəhbəri Gürsəl bəy Özdəmirə tutaraq, hələ nümayəndəlik səlahiyyəti vermədiyi ölkələrin “təşkilat rəhbərlərinə” bütün bu qanunsuzluqlara son verilməsini haqqımda nüfuzuma xələl gətirən yazının saytlardan qaldırılmasını və Azərbaycan Dövlətinin Ali orqanlarının qət etdiyi qətnamələrə hörmətlə yanaşılmasını öncə rica daha sonra isə tələb edirəm. Əks təqdirdə Türkiyə Cumhuriyyətinə bu təşkilatın fəaliyyətinin dayandırılması barədə Azərbaycandakı Səlahiyyətli Səfirinə vəkilim tərəfindən müraciət ünvanlanacaq. Mənim şəxsi məsələlərim təşkilatın müzakirə predmeti ola bilməz. Sizlərin hər biri Azərbaycanın qanunverici orqanlarının qət etdiyi qərarlarına öncə hörmət etməyi öyrənməlisiniz daha donra isə təşkilatı cəngəllik qanunları ilə deyil sivil və demokratik qanunlar çərçivəsində idarə olunmasını təmin etməlisiniz.

Dəyərli dostlar, sizlərin hər birindən mənim haqq səsimə səs verməyinizi və bu qanunsuzluqların aradan qaldırılmasında mənə dəstək olmanızı rica edirəm”.

Hurriyyet.org

Loading...

QALEREYA