Xatirədən Məlahətə sərt cavab: “Sizi tanımıram, süpürgəçi kimi...”

Xatirədən Məlahətə sərt cavab: “Sizi tanımıram, süpürgəçi kimi...”

Müğənni Xatirə İslam əməkdar artist Məlahət Abbasovanın onun geyiminə tənqid etməsinə münasibət bildirib.

Hurriyyet.org musavat.com-a istinadən xəbər verir ki, “İnstagram”da canlı yayıma qoşulan Xatirə aktrisaya sərt cavab verib: “Məni tanımayıb, dinləməmisinizsə, necə deyə bilərsiniz ki, yaxşı oxuyuram, ya pis? Siz Azərbaycandan çıxıb getmişiniz. Mən sizin rolunuzu görməmişəm, sizi tanımıram. Keçən il bir müğənniyə söz atdınız, gündəmə gəldiniz. Məni tanımır, dinləmirsinizsə, necə rəy bildirə bilərsiniz? O tədbirdə məndən açıq geyinənlər vardı. Hər kəs əcəb edib, özü bilər. Siz niyə ancaq mənim adımı çəkirsiniz? Mənimlə qəsdi-qərəzliyiniz var? Azərbaycandan yaxşı ki, getmisiniz. Siz Rasim Balayevin, Məleykə Əsədovanın, Amaliya Pənahovanın yanında nə edə bilərdiniz? Sizi heç bir rolunuza görə tanımıram. Keçən dəfə maraqlandım, eşitdim ki, bir serialda süpürgəçi obrazını canlandırmısınız. Məni şəhid anaları, kasıb ailələr, igid oğlanlar tanısın. Mən Almaniyada, Hollandiyada Azərbaycan bayrağını qaldıranda, siz nə edirdiniz? Ancaq onun bunun yanında şəkil çəkdirirsiniz. Sizi elə görmüşəm. Xahiş edirəm, tanımadığınız adam haqqında danışmayın. Ola bilsin, paltar mənə yaraşmayıb, ideal görünməyə bilərəm. Amma siz kimsiziniz ki, mənə söz atırsınız? Bir dəfə də yaxşı işlə ortaya çıxın. Türkiyədə uşaqların dünya boyda adı var. Bir bayrağımızı qaldırın, iş görün. Başa düşdünüz? Məni kifayət qədər insan tanıyır”.

Qeyd edək ki, Abbasova “Altın kelebek” gecəsinə qara qısa, tüllə bəzədilən paltar geyinən Xatirə tənqid edib: “Bizimkilər niyə bu qədər açılmağa istəklidirlər, başa düşmürəm. Dəhşətlə izləyirəm. Müğənni olaraq onu dinləməmişəm. Yəqin ki, yaxşı oxuyur. Amma kaş bədəninə uyğun geyim seçərdi. Sadə, amma şık geyim olsaydı, daha gözəl olardı”.

Loading...

QALEREYA