Xərçəng xəstəliyini inkişaf etdirən əsas 3 FAKTOR

Xərçəng xəstəliyini inkişaf etdirən əsas 3 FAKTOR

Alimlər onkoloji xəstəliklərə yol açan əsas faktorları müəyyən edib.

Bu barədə Şərq İqtisadi Forumunda çıxış edən Rusiya Səhiyyə Nazirliyinin baş onkoloqu Andrey Kaprin xəbər verib.

Kaprinin sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssisləri xərçəng xəstəliyinin yaranmasının üç əsas səbəbini müəyyən edib: siqaret çəkmək, insan papilloması virusu və spirtli içkilərin həddinən artıq qəbulu.

Həmçinin mütəxəssis qeyd edib ki, 15% hallarda xərçəngin inkişafının səbəbi irsiyyət ola bilər.

Bəzi kimyəvi maddələrin (asbest, rəngləyicilər) uzun müddət ərzində təsiri və qırmızı ətin həddindən artıq miqdarda qəbulu da onkoloji xəstəliklərinin riskini artırır. \\Saglamolun.az

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA