Xərçənglər bəndi dağıtdı - 18 ölü

Xərçənglər bəndi dağıtdı - 18 ölü

Hindistanın Maharaştra ştatında Tivare su bəndi xərçənglər tərəfindən dağıdılıb.

Son dövrlərdə bəndin ətrafına çoxlu sayda xərçəng yığışması yerli sakinlərin diqqətini cəlb edib.

Ehtimal olunur ki, xərçənglər bəndin istinadlarını zəiflədiblər və su sızıntısı baş verib. Qeyd olunur ki, buna qədər bənddə heç bir su sızıntısı baş verməyibmiş.

Xatırladaq ki, Tivare su bəndinin dağılması nəticəsində 18 nəfər həlak olub, bir neçə nəfər isə itkin düşüb.\\Teleqraf.com