Xəstəlik üzündən namazı oturaq halda necə qılmaq lazımdır?

Xəstəlik üzündən namazı oturaq halda necə qılmaq lazımdır?

İnsanın xəstəlik dərəcəsindən asılı olaraq, namaz zamanı ona edilən güzəştlər də fərlqənir. Əgər insan namazda ayaq üstə normal dura bilir, amma səcdə üçün başını aşağı əyə bilmirsə, səcdə vaxtı qabağına hündür stul qoyub onun üstündəki möhürə səcdə etməlidir.

Əgər yerdə diz üstə oturmağı bacarmırsa, bu zaman səcdə zamanı stulda oturmalı və qabağındakı stulun üzərində qoyduğu möhürə səcdə etməlidir, təşəhhüd və salamı da stulda oturmuş halda yerinə yetirməlidir. Əgər heç cür ayaq üstə durmağa taqəti yoxdursa, namaza oturmuş halda başlamalıdır. Stulda oturmuş halda qiraəti oxumalı, rüku zamanı bacardığı qədər qabağa əyilməli, əllərini dizlərinə qoyub zikri deməlidir. Səcdə zamanı əyilə bildiyi hündürlükdə möhürü qoyub, onun üzərinə səcdə etməlidir. Heç cür səcdə üçün əyilə bilmirsə, möhürü götürüb alnına qoymalı və zikri söyləməlidir. \\islam.az