Xəstəliklə çaprışan əməkdar artist: “Hələ ki, dözürəm”

Xəstəliklə çaprışan əməkdar artist: “Hələ ki, dözürəm”

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrının aktyoru, əməkdar artist Rəhman Rəhmanovun səhhətində problemlər hələ də aradan qalxmayıb.

Hurriyyet.org xəbər verir ki, yenicag.az-a açıqlama verən aktyor şəkər xəstəliyi nəticəsində bir sıra orqanlarının getdikcə zəiflədiyini bildirib:

“Şəkər xəstəliyinin ağır mərhələsindəyəm. Xəstəlik yavaş-yavaş böyrəyimi, qara ciyərimi sıradan çıxarır. Gözlərimi də zəiflədib. Müalicə olunuram. Sağ olsunlar, həkimlər çox vaxt təmənnasız kömək edirlər, pulu elə dava-dərmanlarıma xərcləyirəm.

Gecdir, həkimlər qarşısını almağa çalışsalar da, xəstəlik öz işini görüb. Səhhətimdə problemlər çoxdur. Saymaqla qurtarmaz. Hələ ki, dözürəm. Heç səhhətimlə bağlı danışmaq da istəmirəm. Çünkü insanları yükləmək istəmirəm”.

Rəhman Rəhmanov səhhətində yaranan problemlərə baxmayaraq, səhnə fəaliyyətinə ara verməyib. Səhnədən ayrı yaşaya bilmədiyni deyən aktyor çəkildiyi yeni filmdən də danışıb:

“Səhnəyə çıxanda acılarımı, xəstəliyimi unuduram. Evdə qalsam, lap pis olaram. İkili həyat adlı bir filmə də çəkildim.

Komediya janrında ərsəyə gələn filmdə məni qəbirqazan obrazında görəcəklər. Maraqlı bir filmdir, dekabrda premyerası olacaq. Yaradıcılıqla bağlı arzularım çoxdur. Səhnə adamı elədir ki, onun arzuları bitib-tükənmir”.

Loading...

QALEREYA