Xəstənin sidik kisəsini bağırsaqla əvəz etdilər – Böyrəyi xilas olundu

Xəstənin sidik kisəsini bağırsaqla əvəz etdilər – Böyrəyi xilas olundu

Moskvada Ramenskiy adına mərkəzi xəstəxanada sidik kisəsi daşı xəstəliyindən əziyyət çəkən və kateter taxılmış kişi xəstə üzərində unikal əməliyyat icra olunub.

Uzun illər sidik kisəsi daşlarından əziyyət çəkən xəstədə sidik kisəsi və axarı dəyişikliyə uğrayaraq yararsız hala düşmüşdü. Xəstəyə kateter taxılmış və onun böyrəkləri sıradan çıxmaq təhlükəsi ilə üz-üzə idi.

Həkimlər çıxış yolunu total plastik əməliyyatla zədələnmiş orqanı dəyişərək, onun yerinə bağırsaqdan bir hissə köçürməkdə gördülər.

5 saat çəkən əməliyyatda pasiyentin böyrəklərini xilas etmək mümkün olub və ona yeni sidik kisəsi düzəldilib. Əməliyyat sonrası reabilitasiya bitdikdən sonra xəstə adi iş və həyatına qayıdıb.\\Medicina.az

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA