Xəstəyə süni ürək köçürən azərbaycanlı həkim maraqlı FAKTLARI AÇDI - VİDEOMÜSAHİBƏ

Xəstəyə süni ürək köçürən azərbaycanlı həkim maraqlı FAKTLARI AÇDI - VİDEOMÜSAHİBƏ

Dünyada ürək çatışmazlığı olan bir çox xəstələrin yaşama ümidi olan süni ürək mexaniki bir pompadır. Azərbaycanda daha bir unikal əməliyyat icra edilib. Respublika Müalicəvi Diaqnostika Mərkəzində xəstəyə süni ürək implantasiyası həyata keçirilib. Əməliyyatın özəlliyi ilk dəfə olaraq yerləşdirilən süni ürəyin çəkisinin 160 qram olmasıdır. Bu dünyanın ən kiçik süni ürəyi adlandırılır.

Ağır ürək və ağciyər çatışmazlığı diaqnozu təyin edilmiş xəstəyə yüksək ixtisaslı ürək-damar cərrahı Anar Əmrah və komandası tərəfindən süni ürək implantasiyası uğurla həyata keçirilib.

Azərbaycanda və bir sıra xarici ölkələrdə dəfələrlə müalicə alan və ağır vəziyyətdə olan 55 yaşlı xəstə nəhayət Respublika Müalicəvi Diaqnostika Mərkəzinə müraciət edib. Kardioloqlar Abbasəli Abbasəliyev və Şahin Xəlilov tərəfindən maksimal tibbi müayinə aparıldıqdan sonra ürək-damar cərrahı Anar Əmrah və kardioloqlar tərəfindən qərara gəlinib ki, xəstənin tək ümidi ürək transplantasiyası və ya süni ürək implantasiyasıdır.

Süni ürək xəstənin ehtiyacına uyğun olaraq, dəqiqədə 8-10 litrə qədər qanı bütün orqanlara ötürə bilir. Bu cihaz döş qəfəsinə, ürəyin zirvəsinə cərrahiyyə yolu ilə yerləşdirilir.

Süni ürək implantasiyası olunmuş xəstələr sağlam insanlar kimi əməliyyatdan sonra normal həyat tərzinə dönə bilirlər.

Ürək-damar cərrahı Anar Əmrah həyata keçirdikləri bu əməliyyatın özəlliyi, üstünlükləri və çatışmazlıqları barədə Publika.az-ın suallarını cavablandırıb:

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA