Xəzərdə 4 balıqçı itkin düşüb - FHN helikopter qaldırdı

Xəzərdə 4 balıqçı itkin düşüb - FHN helikopter qaldırdı

Xəzərdə 4 balıqçı itkin düşüb.

Hurriyyet.org-un Fövqəladə Hallar Nazirliyinə istinadən məlumatına görə, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, 8 oktyabrda, gecə saatlarında, Bakı şəhərinin Pirallahı rayonundan, balıq tutmaq məqsədilə 4 balıqçı dənizə çıxıb və təyin olunan vaxtda geri qayıtmayıblar.

Axtarışlara Fövqəladə Hallar Nazirliyinin Aviasiya Dəstəsinin bir helikopteri cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.

Əlavə məlumat veriləcək.