Xəzərin suyu çəkildi və 4 min illik şəhər gün üzünə çıxdı - FOTOLAR

Xəzərin suyu çəkildi və 4 min illik şəhər gün üzünə çıxdı - FOTOLAR

Türkiyənin Elazığ şəhəri ətrafında yerləşən Xəzər gölündə su səviyyəsinin aşağı düşməsi nəticəsində “Batan şəhər” kimi tarixə düşən yaşayış məskəninin qalıqları ortaya çıxıb.

Hurriyyet.org publika.az-a istinadən xəbər verir ki, Xəzər Baba və Məsdər dağları arasında yerləşən, 22 km uzunluğa və 6 km enə sahib Türkiyənin ən dərin göllərindən biri olan Xəzər mavi və yaşılın müxtəlif tonları ilə əsrarəngiz mənzərə ortaya çıxarır.

Xəzər gölündə 1890-cı illərdə meydana gələn zəlzələ nəticəsində sulara qərq olan və minlərlə il keçmişə sahib “Batan şəhər” qala divarları və bürcləri ilə birlikdə gün üzünə çıxır. Aparılan arxeoloji araşdırmalar zamanı 11-ci əsrə aid qalıqlar çox sayda tapılsa da, şəhərin 4 min il əvvəl salındığına dair dəlillər də mövcuddur.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA