Xəzərin yeni icra başçısı Hacı Qalibin qohumudur? – Özü danışır

Xəzərin yeni icra başçısı Hacı Qalibin qohumudur? – Özü danışır

Prezident İlham Əliyevin sərəncamı ilə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı təyin edilən Elşən Salahov Xəzər rayon Ağsaqqallar Şurasının sədri Hacı Rövşən Salahovun oğludur. Təyinatla bağlı xəbər bir neçə saat öncə yayılsa da, artıq sosial şəbəkələrə yeni icra başçısı ilə bağlı müzakirələrə start verilib.

Elşən Salahovun Milli Məclisin sabiq deputatı, bütün Qafqazın Şeyxi Allahşükür Paşazadənin qudası Hacı Qalib Salahzadə ilə yaxın qohum olduqları deyilir.

Hurriyyet.org xəbər verir ki, azxeber.com məsələyə bağlı sabiq millət vəkili Hacı Qalib Salahzadənin özündən münasibət öyrənib.

Hacı Qalib bildirib ki, onun atası ilə yaxın dostluq münasibətləri var: "Bizim soyadlarımız eynidir. Görünür buna görə qohum olduğumuzu düşünürlər. Hacı Rövşən Qala, mən isə Bilgəh qəsəbəsindənəm. Münasibətlərimiz çox yaxşıdır, dostuq, amma qohum deyilik. Hacı Rövşənin özü də, oğlu da çox mədəni insanlardır. Cənab Prezident İlham Əliyevə sədaqətli xidmət edən, xalqını, dövlətini sevən insanlardır. Çox uğurlu təyinatdır və inanıram ki, Elşən Salahov Xəzər rayonunun inkişafı istiamətində böyük işlər görəcək”.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA