XİN rəhbərlərinin Moskva görüşü başa çatdı - YENİLƏNİB

XİN rəhbərlərinin Moskva görüşü başa çatdı - YENİLƏNİB

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ilə erməni həmkarı Zohrab Mnatsakanyan arasında növbəti görüş başa çatıb.

Hurriyyet.org xəbər verir ki, XİN rəhbərlərinin görüşü Rusiyanın paytaxtı Moskvada, bu ölkənin Xarici İşlər Nazirliyinin "Qəbul Evi"ndə keçirilib. Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri, Rusiya XİN rəhbəri Sergey Lavrov da iştirak ediblər.

***

Moskvada Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirləri Elmar Məmmədyarov, Zöhrab Mnatsakanyan və Sergey Lavrov arasında üçtərəfli görüş başlayıb.

Hurriyyet.org ONA-ya istinadən xəbər verir ki, hər üç nazir görüşmək üçün Rusiya XİN-in "Qəbullar Evi"nə gəlib. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması perspektivləri müzakirə olunacaq.

Həmçinin martın 29-da Vyanada Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutmuş görüşün yekunlarına dair qapalı məsləhətləşmələr də aparılacaq.

Daha sonra nazirlərə ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov, Stefan Viskonti və Endryu Şofer də qatılacaq.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA