Xırdalanda binada yanğın - ÖLƏN VAR

Xırdalanda binada yanğın - ÖLƏN VAR

Abşeron rayonunun Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində ümumi sahəsi 50 m² olan 1 otaqlı mənzildə yataq dəsti və ev əşyaları 10 m² sahədə yanıb, yüksək temperaturdan hamam otağının plastikdən ibarət qapısı əriyib.
Hurriyyet.org FHN-ə istinadən xəbər verir ki, yanğının kəşfiyyatı zamanı 1977-ci il təvəllüdlü Şıxməmmədov Namiq Kamal oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA