​Xırdalanda qorxulu yanğın - Onlarla sakin ölümdən döndü - VİDEO

​Xırdalanda qorxulu yanğın - Onlarla sakin ölümdən döndü - VİDEO

Martın 5-də gecə saat 4 radələrində Xırdalan şəhəri 28-ci məhəllə binalardan birinin blokunda yanğın baş verib.

Hurriyyet.org Bakupost.az-a istinadən xəbər verir ki, gecə vaxtı qısa müddət ərzində binadakı onlarla mənzil tüstüyə bürünüb.

Sakinlər deyir ki, binanın qaz və elektrik təchizatı xətlərinin keçdiyi yerdə baş verən yanğın gec söndürülsəydi, nəticə bütün bina sakinləri üçün faciəvi olardı.

Yanğın nəticəsində 162 ailənin yaşadığı binanın elektrik təhçizatı kəsilib. Elektrik şitləri dəhşətli səslə partlayıb və sakinlərdə həyacan yaradıb.

FHN əməkdaşlarının müdaxiləsindən sonra yanğın söndürülüb.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA