Xocalı sakini yoluxdurulduğu virusu yaymamaq üçün özünü öldürdü

Xocalı sakini yoluxdurulduğu virusu yaymamaq üçün özünü öldürdü

Sabir Şahtaxtının “Ölüm həsrəti” bu gün Mədəniyyət TV-də

Yazıçı-dramaturq Sabir Şahtaxtının Xocalı soyqırımı faciəsindən bəhs eləyən “Ölüm həsrəti” tamaşası bu gün Mədəniyyət telekanalında nümayiş olunacaq. Saat 16.50-də yayınlanacaq tamaşa Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının kollektivi tərəfindən səhnəyə qoyulub.

Hurriyyet.org xəbər verir ki, tamaşa Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyasına töhfə vermək məqsədilə hazırlanıb.

İrəvan Teatrının mətbuat katibi Teymur Bayramovun fikrincə, yazıçı baş verən olaylara orijinal münasibətini sərgiləyib və əsərdə faciənin dəhşətlərini tamaşaçıya çatdırmaq üçün həm maraqlı səhnə tərtibatı, həm də fərqli süjet xətti var: “Tamaşa başlayan andan hər bir izləyici özünü baş verən hadisələrin içində hiss edir. Səhnədə baş verənləri təkcə aktyorlar yaşamır, sanki hər bir izləyici o hissə köklənir. Bu, həm müəllifin, həm də rejissorun böyük uğurudur. Belə səhnə əsərləri tariximizin unudulmamasına, gənclərin xalqımızın başına gətirilən müsibətlərdən xəbər tutmasına və insanlarda işğal altında olan torpaqlarımızın tezliklə azad olunacağına böyük inam hissi yaradır”.

AZƏRTAC-ın Türkiyə Bürosunun rəhbəri, Siyasi Elmlər üzrə Fəlsəfə doktoru, yazıçı-dramaturq Sabir Şahtaxtı Hurriyyet.org-a tamaşanın mahiyyətindən bəhs edib: “Əslində bu tamaşa saxta “Böyük Ermənistan” ideyasının “Türkdən qisas al” xislətini açır. Tamaşa boyunca Xocalıya əsir düşən azərbaycanlılara işgəncələr verirlir. Bir erməni həkim əsirlərimizdən birini müalicə eləmək adı ilə ona virusa yoluxduran iynə vurur. Üzdə özünü humanist göstərsə də, həkim öz ifadəsilə tamaşaçıya çatdırır ki, o bütün türklərdən qisas almaq üçün bilərəkdən bunu edir. Həkim deyir ki, bir əsir vasitəsilə bütün türkləri virusa yoluxdurmaq niyyəti var. Çünki əsirlikdən buraxılan türk ünsiyyətdə olduğu türklərin hamısına ölümcül virus yayacaq. Bundan agah olan virusa yoluxmuş Xocalı sakini isə intihar eləyir”.

Tamaşanın bədii rəhbəri əməkdar artist Sərvər Əliyev, quruluşçu rejissor Nicat Mirzəzadə, quruluşçu rəssam Vahid Mürsəliyev, musiqi tərtibatı Çingiz Xəlilovdur.

Rollarda Əməkdar artistlər Rəşid Rzayev, Tünzalə Əliyeva, Xatirə Süleymanova, aktyorlar Bəhruz Hikmətoğlu, Niyaməddin Səfərəliyev, Sevinc Hüseynova, Güney Əliyeva, Səbinə İmamverdiyeva, Şəbnəm Cabrayılova, Gültac Əsgərova, Müdvər Nemətova, Səmayə İsmayılova, Elnarə Heydərova, Məhərrəm Musayev, Ruhiyyə Eyvazova, Natiq Həziyev, Əmrulla Nurullayev, Arzuman Tanrıverdiyev və Rövşən Cəfərov çıxış edirlər.

Sevil, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA