“Xocalı soyqırımını törədənlər illərlə Ermənistanın başında durdular”

“Xocalı soyqırımını törədənlər illərlə Ermənistanın başında durdular”

Türkiyədəki Azərbaycan səfiri Xəzər İbrahim: “Sorumlular beynəlxalq hüquq önündə cavab verməlidir”

Türkiyə Vəkillər Kollegiyası başqanı Mətin Feyzioğlu: “Hüquqi baxımdan hər cür dəstək verməyə hazırıq”

26 fevral Xocalı Qətliamının 27-ci ildönümü ilə əlaqədar Ankarada Azərbaycanın Türkiyədəki Səfirliyinin dəstəyilə  Türkiyə Vəkillər Kollegiyası  (Türkiyə Barolar Birliyi-TBB) tədbir keçirilib.

Xocalıların Türk olmaqdan başqa günahı yoxuydu

TBB başqanı Mətin Feyzioğlu tədbiri giriş sözü ilə açdı. Mətin Feyzioğlu Vəkillər Birliyi olaraq Xocalı soyqırımı qurbanlarının 27 ildir ədalət gözlədiyini dedi:  “Biz erməni daşnaklarının acımasızca qətl etdikləri, insanlıq dışı vəhşi bir etnik təmizlik kampaniyasının qurbanı olan məsum Xocalı şəhidlərini anmaq üçün burdayıq. Bir Azərbaycan köçkünün   hayqırtısını duyurmaq üçün burdayıq. Xocalıların türk olmaqdan başqa günahı olmayıb.  Bu şəhidlər, vəhşi qətllərin qurbanları  27 ildir ədalət gözləyir”.

Tanınmış vəkil sorumluların beynəlxalq hüquq qarşısında cavab vermək üçün hüquqi yardım göstərmək niyyətinin olduğunu dedi: “Azərbaycan Torpaqlarının beşdə biri  beynəlxalq hüquq heçə sayılaraq işğal edilib.  Soyqırımı idarə edənlər, törədənlər sonradan Ermənistan dövlətinin ən üst mövqeyində görəvləndiriliblər. Bu işğal və soyqırımın Ermənistanın mənimsədiyi bir dövlət politikasi olduğunu da göstərməkdir.  Sorunun uluslararası səviyyədə çözülməsi çabaları nə yazıq ki, bir sonuc verməyib. Türkiyə  Barolar Birliyi olaraq Xocalı soyqırımı sorumlularının hüquq önündə cavab vermləri üçün əlimizdən nə gəlirsə, dəstək verməyə hazırıq”.

“Biz diplomatlarla hüquqçular birgə fəaliyyətdə olmalıyıq”

Türkiyədəki  Azərbaycan  səfiri Xəzər İbrahim tanınmış hüquqçuların Xocalı soyqırımını tanımasını təqdir etdi.  Çox önəmli bir məsələyə toxunulduğunu vurğuladı: “Xocalı soyqırımını planlayıb törədənlər  illərlə Ermənistanın başında durdular. Hətta insanlığa sığmayan əməllərini türklərə dərs olaraq yapdıqlarını söyləyirlər. Və bundan heç bir sorumluluqları yox. Bu məsələnin hüquqi baxımdan detalları ilə incələnməsi önəmlidir.  Türklər heç vaxt soyqırım törətmədilər, məzlumlara əl tutdular. Türkiyə və Azərbaycan 100 il öncə də bir-birinin yanında olub, indi də belədir. Və biz burada hüquqdan danışırıqsa bu haqqın, ədalətin bərpasına cəhddir. O baxımdan bu məsələdə biz diplomatlarla, siz hüquqçularla birgə fəaliyyətdə olmalıyıq. O zaman daha güclü olacağıq”. 

“Qətlin və hüquqsuz işğalın təqibçisi olacağıq”

TBB başqan yardımçısı Hüseyin Özbek də bu qətliamın hüquqi baxımdan nəzarətdə saxlayacaqlarını dedi:”Xocalı soyqırımı kecen esrin daşnak terrorunun davam ettiyini gösterməkdədir. Azərbaycanın torpaqlarının 20 faizinin huquqsuz işgalı bir an əvvəl sonlandırılmalıdır. Türkiyə  Vəkillər Kollegiyası bu qətliamın və huquqsuz işgalın huququ baxımdan təqibçisi olacaqdır”.

“Xocalıda gercək bir insanlıq dramı yaşanıb”

Xocalı soyqırımının XX əsrin ən acımasız çinayətlərindən biri olduğunu deyən Türkiyə Vəkillər Kollegiyasının İnsan Haqları Mərkəzi üzvü, Azərbaycan 2018 Hərəkatı Türkiyə Təmsilçisi Səidə Əkmən çıxışında dünya qəzetçilərindən, yazarlarından faktlar gətirdi: “Xocalıda gercək bir insanlıq dramı yaşanıb, 614 azərbaycanlı vəhşiliklə, amansızlıqla qətl edilib. Xocalı barbarca yerlə bir edilib, xəritədən silinib. İnsanlığa qarşı işlənən və tarixə bir utanc səhifəsi olaraq keçən Xocalı soyqırımını dünyaya tanıtmaq ve bu soyqırımda iştirak edən caniləri məsuliyyətə çəkmək biz huquqcuların vəzifəsi olmalıdır”.

Beynəlxalq Lahey Məhkəməsinin qərarları da bunu sübut edir

Ankara Universitetinin Hüquq fakültəsinin müəllimi, dosent Cavid Abdullazadə dedi ki, Xocalı faciəsi huquqi mənada soyqırım olub beynəlxalq hüquqa görə həm şəxslərin, həm də Ermənistan dövlətinin məsuliyyətinə yol açmaqdadır: “Dövlətlərin Məsuliyyəti Haqqında Beynəlxalq Müqavilə və Beynəlxalq Lahey Məhkəməsinin qərarları da Xocalı faciəsinin bir soyqırım cinayəti olaraq qiymətləndirməsinə əsas verir. Beynəlxalq hüquq soyqırım suçunun, barış zamanında da, savaş zamanında da suç olduğunu və aradan nə qədr zaman keçsə də, yenə də sorumluların məsuliyyətə çəkilə biləcəyini təsdiqləyir”.

Tədbirdə TBB-nin maddi dəstəyilə çəkilmiş “Xocalıya ədalət” sənədli filmi də nümayiş olundu.   

Sevil Ünal Hilalqızı, Hurriyyet.org, Ankara

“Xocalı soyqırımını törədənlər illərlə Ermənistanın başında durdular”

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA