“Xocalıya ağı”da birləşən Türk dünyası

“Xocalıya ağı”da birləşən Türk dünyası

Xocalı faciəsi təkcə Azərbaycan xalqının deyil, bütünlüklə türk millətinin acısıdır. Ortaq acılara isə birgə yas tutulmalı, bərabər ağı söylənməlidir. Çünki bu birlikdəlik, ortaq ağrıları paylaşmaq neçə yerə parçalanmış millətləri bir araya gətirən əsas dəyərlərdən biridir. Ortaq ağrısı olmayan toplumlar nə qədər siyasi, iqtisadi inteqrasiya prosesi yaşasalar belə, millətləşə bilmirlər.

Bu mənada Azərbaycan şairi İltimas İsmayılın “Xocalıya ağı” şeirinin Türkiyə vətəndaşı Selami Tıraşlar tərəfindən səsləndirilməsi Türk dünyasının bütövlüyü və birlikdəliyi baxımıdan da simvolik anlam ifadə edir.

Selami Tiraşların ifasında “Xocalıya ağı” şeirini təqdim edirik:

Şeirin sözləri:

 

Xocalıya ağı

 

Vətən qan gölündə boğuldu o gün,

Barbarlıq yenidən doğuldu o gün,

Mərhəmət, ədalət yox oldu o gün,

Xocalıya divan tutdu zalımlar.

 

 

Taxıldı süngüyə körpə balalar

Səhralarda dondu nənə, babalar,

Yerlə yeksan oldu qədim qalalar,

Xocalıya divan tutdu zalımlar.

 

 

Analar o gecə durdular vaya,

Ölənlər yüzlərcə... gəlmədi saya,

Bu necə xəyanət, gələn yox haya...

Xocalıya divan tutdu zalımlar.

 

 

Xortladı qəbirdən andranik “paşa”,

Baxmadı namərdlər gözlərdə yaşa,

Qanlar axıdıldı, torpağa, daşa,

Xocalıya divan tutdu zalımlar.

 

 

Kül olub bir şəhər yandı o gecə,

İnsanlıq çırağı söndü o gecə,

Fələyin də üzü döndü o gecə,

Xocalıya divan tutdu zalımlar.

 

https://www.youtube.com/watch?v=oNtC343_QeI&feature=share

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA