“Xocalıya ədalət axtarışı artıq bir dövlət siyasətidir” - FOTO \ VİDEO

  • 2019-02-26 22:40:00
  • |

“Xocalıya ədalət axtarışı artıq bir dövlət siyasətidir” - FOTO \ VİDEO

Azərbaycan Respublikası Prezidentinin köməkçisi Əli Həsənov: “Türkiyəni yanımızda və əlini çiynimizdə hiss eləyirik”

Hurriyyet.org xəbər verir ki, bu gün 26 fevral Xocalı qətliamını bütün dünyaya bəyan etmək üçün "Xocalıya ədalət"" kampaniyası əsasında İstanbulda Azərbaycan Dostluk Parkında tədbir keçiriliıb. SOCARın dəstəyilə düzənlənən tədbir İstanbulda Azərbaycanın baş konsolu Məsim Hacıyevin və Bagçılar Bələdiyyəsi başkanı Lokman Çağırıçının təşkiliylə baş tutub.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi Əli Həsənovun da iştirakıyla keçirilən tədbirə qatılanlar Bağçılar meydanından Azərbaycan Dostluq Parkına qədər yürüş ediblər.

İstanbulun AKP millət vəkili, Türkiyə Azərbaycan Dostluq Qrupunun başqanı  Şamil Ayrım,  tanınmış şairə Sona Vəliyeva, Azərbaycan millət vəkili Qənirə Paşayeva, Xocalıdan millət vəkili Elman Məmmədov, Prezident Adminstarsiyasının İctimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Bəhruz Həsənov,  diaspora nümayəndəsi Valeh Hacıyev, İstanbulun Bağcılar rayonunun icra başçısı Mustafa Eldivan, İstanbulda İstanbul Türkiyə Azərbaycan Dayanışma və Kültür Dərnəyininbaşqanı Səfər Qaraqoyunlu, telejurnalist Səidə Ömər,  Türkiyə Böyük Millət Məclisinin millət vəkilləri, baş konsulluğun, ictimai birliklərin əməkdaşları, KİV nümayəndələri və digər Azərbaycan, Türkiyə aydınlarının, din xadimlərinin yürüşü “Çırpınırdı Qara dəniz”in həzin musiqi sədaları və “Qarabağ bizimdir, bizim olacaq”, “Xocalıya ədalət” şüarları ilə müşayiət olunub.

Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov çıxış edərək proqrama qatılan bütün yetkililərə, aydınlara, qonaqlara təşəkkür edib, həm Türkiyədə, həm Azərbaycanda vətən üçün şəhid olanlara Allahdan rəhmət diləyib.

Əli Həsənov: “30 ildir ki, Azərbaycan Cənubi Qafqazda sülh axtarışındadır, barış axtarışındadır.

27 ildir ki, biz Xocalıya ədalət sorağındayıq. 27 ildir biz Xocalı qətliamının nəticələrini, Xocalıda qətlə yetirilən insanlarin müsibətini dünya ictimaiyyətinə çatdırırıq. Türkiyə Cümhuriyyəti və türk xalqının dəstəyilə biz dünyanın böyük əksəriyyətinə bu qətliamın həqiqətlərini çatdıra bilmişik. Türkiyə də daxil bütün dünya ictimaiyyəti Xocalıda nə edildiğinin fərqindədir.

Dünyanın 10-dan artıq ölkəsi Xocalını qətliam kimi, soyqırım kimi tanıyıb. ABŞ-ın 20 ştatı, İslam Konfransı Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və digər türk-müsəlman camiyəsini birləşdirən hökumətlərarası təşkilatlar Xocalıda baş verənləri qətilam kimi tanıyıblar. Xocalıya ədalət axtarışı artıq bir dövlət siyasətidir. Bu gün tək Azərbaycan deyil Türkiyə Cümhuriyyəti və Türk xalqının dəstəyilə, iştirakı ilə biz bunu həyata keçiririk. 2007-ci ildən başlayaraq AKP iqtidarı və onun çox dəyərli başqanı, sayın cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan başda olmaqla Azərbaycan Prezidenti sayın İlham Əliyev Bakıda Azərbaycan Türkiyə diaspora quruluşlarının bir toplantısını keçirdilər. O qurultaydan başlayaraq biz iki dövlət olaraq Diaspora Quruluşlarımızı birləşdirmişik. Və tək diaspora politikası yürüdürük. Bütün dünya ölkələrində bu gün türklər eynən bizim kimi Xocalıya ədalət axtarışında iştirak eləyirlər. Bu günlərdə mən Türkiyə televizyalarına, Türkiyə mətbuatına baxıram demək olar ki, elə bir ərazi, elə bir bələdiyyə yoxdur ki, orada Xocali qətliami dövlət səviyyəsində yad edilməsin.

Bağçılar bələdiyyəsinin iştirakiyla keçən il biz bu Azərbaycan Dostluq Parkının açılışını etdik. Bu Bələdiyyə başqanı sayın Loğman bəyə mən Azərbaycan hökuməti adına böyük təşəkkürlərimi bildirirəm. Məhz onun və İstanbu baş Konsolosu Məsim bəyin təşəbbüsü ilə bu dostluq parkı burda inşa edildi. Və bu gün bu Dostluq Parkına möhtəşəm yürüşümüz oldu və bu parkda anım tədbirimizi keçiririk. Sözün həqiqi mənasinda Türkiyəni yanımızda, Türkiyənin əlini çiynimizdə hiss eləyirik. Bir zamanlar Xocalıları qurtarmaq üçün Türkiyədən bir helikopter xahiş elədik Türkiyə onu verə bilmədi. Niyə? Çünki o zaman Tükiyənin ixtiyari özündə deyildi. Türkiyə mütləq NATO başqanlığının iznini almalıydı. Amma bu gün Türkiyə Azərbaycana şahinlərini göndərir. Bu gün Azərbaycan və Türkiyə cümhurbaşkanları Türkiyə Azərbaycan dostluğunun birgə tədbirni keçirir. Bu gün Türkiyə ilə Azərbaycan birgə raket istehsal eləyir. Halal olsun, eşq, olsun bu iqtidara ki, Türkiyəni bu günkü duruma gətirib. Və Türkiyə bu gün dünyada nəinki öz iradəsini, eyni amanda Türkiyə cümhuriyyətlərinin, müsəlman xalqlarının da önündə gedərək onların sorunlarını da dünya ictimaiyyətinə çıxara bilmir. Əlbəttə biz də Xocalıya ədlət axtarışında olarkən Türk dövlətinə, türk qardaşlarımıza və türk vətəndaşlarına güvənirik. Əlbəttə bu gün Xocalını tanıyanlar da var, tanımayanlar da. Xocalının qarşılığına 104 il bundan öncə yapılması iddia edilən sözdə “erməni soyqırımı” politikasını qoymuşlar. Bu gün dünyada yaşayan türk diasporasına qarşı erməni diasporası bir sözdə soyqırım politikası quraşdıraraq Türkiyəyə qarşı qərarlar alır. Dünyanın çox ölkəsində Türkiyəyə qarşı qərarlar alıb və sözdə erməni soyqırımını tanımışlar. Biz o ölkələrdə də işi durdurmamışıq. Türk diasporası ilə birlikdə həmin ölkələrin ictimaiyyətilə işləyirik. Onların parlamentləri, sivil toplum örgütləri ilə işləyərək bu ədalətsiz qərarları aradan qaldırmaq, amma real şəkildə Xocalını tanıtdırmaq istəyirik. Heç də erməni xalqından qisas almaq haqqında düşünmürük. Cənubi Qafqazda barışı sülhü ən çox istəyən Azərbaycan və Türkiyədir və bu elə belə də olmalıdır. Çünki bizim bu qarşıdurmadan müharibədən itirəcəyimiz çox şeylər var.

Biz istəyirik ki, ermənilər işğal politikasından əl çəksinlər. 30 ildən bəri Azərbaycanın işğal altında saxladıqları Qarabag vilayətini və onun ətrafındakı 7 rayonu geri qaytarsınlar. Biz erməniləri Cənubi Qafqazda Türkiyə və Azərbaycanın liderliyilə həyata keçirilən olmaqla qlobal, transmilli ,enerji, ulaşım və digər layihərə də qoşmağa hazırıq. Yetər ki ermənilərin hakimiyyəti bu işğal politikasından əl götürsün və Azərbaycan topraqlarını azad eliyək, 1 milyondan çox qaçqın və köçkünün öz doğma yurd yuvalarına dönməsinə şərait yaradq. Bilirsiniz ki, ermənilərin işğa faktını demək olar ki, dünyanın bütün qurumları tanıyıb. Dünya politikasının başında gedən elə beynəlxalq qurum yoxdur ki, bu faktı tanımasın. BMT-nin 4 qətnaməsi 1993-cü ilin aprel və noyabr ayları arasında qərara alınmış qətnamələrdə tələb olunur ki, Azərbaycanın işğal olunmuş torpaqlarını geri qaytarsınlar. Onun ardınca Avropa Birliyi, Avropa Konseyi, NATO, ABŞ, Avropanın bütün dövlətləri, o cümlədən Azərbaycanla tərəfdaşlıq müqaviləsi çərçivəsində imz lanan kontraktda Ermənistanı işğalçı dövlət kimi tanıyıblar. İslam Konfransı Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı dəfələrlə Ermənistandan Azərbaycanın işğaldakı torpaqlarını azadetmə təəbində olublar.

Dünyanın 120-dən artıq dövləti qoşulmama hərəkatında təmsil olunur. Amma onlar da Ermənistandan Cənubi Qafqazda hərbi dayandirmagı, sülhə barışa şərait yaratmağı tələb ediblər. Bir sözlə, biz Azərbaycan və Türkiyə olaraq bu gün reallaşdirdiğimiz politika erməni xalqına lazımdı. Erməni xalqı da o cinayətkar erməni rejiminin əlində məhkumdur. Odur ki, Xocalı qətliamını törədən həm Köçəryan, həm Sərkisyan bu gün yarğılanıb, həbsə məruz qalmaqdadır. Bız haqq arayiriq və bu aramamız o zamana qədər davam edəcək ki, ermənilər torpaqlarımızı işğaldan azad edəcək, bizə, türklərə qarşı yapdıklarının hesabını verəcəklər və Azərbaycan dövlətindən, Azərbaycan xalqından üzr istəyəcəklər”.

S.Hilalqızı, Hurriyyet.org

 

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA