Xocalıya görə saxlanılan azərbaycanlılar bu gün sərbəst buraxılacaq – VİDEO

Xocalıya görə saxlanılan azərbaycanlılar bu gün sərbəst buraxılacaq – VİDEO

Ötən gün Rusiyanın paytaxtı Moskva şəhərində Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar aksiya keçirdiklərinə görə saxlanılan azərbaycanlı gənclər bu gün sərbəst buraxılacaq.

Hurriyyet.org xəbər verir ki, bu barədə “Report”un Rusiya bürosuna açıqlamasında hüquqşünas Ələkbər Qarayev məlumat verib.

“Hazırda biri Azərbaycan vətəndaşı olmaqla, 5 nəfər saxlanılıb. Onlar da bu gün məhkəmədən sonra sərbəst buraxılacaqlar”, – deyə o qeyd edib.

Qeyd edək ki, fevralın 26-da bir qrup azərbaycanlı gənc Xocalı soyqırımının 27-ci ildönümü münasibətilə fləşmob keçirməyə cəhd göstəriblər. Onlar Azərbaycan bayraqları və Xocalı soyqırımı ilə bağlı şüarlarla bəzədilmiş avtomobillərlə avtoyürüş etmək istəsələr də, polislər buna imkan verməyiblər. Gənclər saxlanılaraq polis bölməsinə aparılıblar.