Xorvatiyada Azərbaycan bayrağına həsr olunmuş tədbir

  • 2019-03-05 21:16:51
  • |
  • Dünya /

Xorvatiyada Azərbaycan bayrağına həsr olunmuş tədbir

Xorvatiya Dostluq Cəmiyyətləri Assosiasiyasının təşkilatçılığı və Azərbaycanın Xorvatiyadakı səfirliyin dəstəyi ilə Jeljko Haymer tərəfindən Azərbaycan bayrağına həsr olunmuş tədbir keçirilib.

Xorvatiya Dostluq Cəmiyyətləri Assosiasiyasının baş katibi Andrija Karafilipoviç tədbirin əhəmiyyətindən danışaraq ölkəmiz haqqında iştirakçılara məlumat verib.

Sonra Xorvatiyanın sabiq prezidenti və Xorvatiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Stepan Mesiç çıxış edib. S.Mesiç Azərbaycan-Xorvatiya ikitərəfli münasibətləri barədə danışaraq, iki ölkə arasında siyasi münasibətlərin hazırda ən yüksək səviyyədə olduğunu və tərəflər arasında bir çox vacib ikitərəfli sənədlərin imzalandığını bildirib. O, Prezident olduğu dövrdə Azərbaycana səfərini xatırladın və hazırkı iqtisadi münasibətlərin daha yüksək səviyyəyə qaldırılmasına ehtiyac duyulduğunu vurğulayıb.

Ölkəmizin Xorvatiyadakı səfiri Fəxrəddin Qurbanov tədbirin Azərbaycan Respublikasının dövlət bayrağına həsr olunmasını yüksək qiymətləndirib və J.Haymerə təqdimata görə təşəkkürünü bildirib. Diplomat son dövrdə ölkələrimiz arasında siyasi, iqtisadi və humanitar əlaqələrdən danışıb və səfirlik tərəfindən təşkil olunmuş mədəni tədbirlər haqqında iştirakçılara məlumat verib.

Təqdimata başlayan J.Haymer əvvəlcə Azərbaycan ərazisində tarixən mövcud olmuş dövlətlərin və əsasən Bakı şəhərinin bayraqlarının təsvirlərini nümayiş etdirib. O, dövlətimizin müasir bayrağının yaranma tarixi, ona verilən önəm və Prezident İlham Əliyevin Sərəncamı ilə 9 noyabr tarixinin “Bayraq Günü” kimi qeyd edilməsi haqqında iştirakçılara geniş məlumat verib. Qeyd olunub ki, Azərbaycan bayrağı Azərbaycan xalqının keçdiyi tarixi yolu və dövlətçiliyimizin bütün rəmzlərini özündə əks etdirir. \\Publika

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA