Xorvatlar Bakı metrosunda "oyun" çıxardı - VİDEO

  • 2019-09-10 12:27:45
  • |
  • Ölkə /

Xorvatlar Bakı metrosunda "oyun" çıxardı - VİDEO

Dünən Azərbaycan yığmasının Xorvatiya ilə qarşılaşmasından əvvəl Bakı metrosunda maraqlı anlar yaanıb.

Hurriyyet.org baku.ws-ə istinadən xəbər verir ki, oyundan öncə stadiona gedən Xorvatlı azarkeşlər Bakı metrosundan istifadə ediblər.

Azarkeşlər qatarda qələbə mahnıları oxuyublar. Bu görüntülər hadisə ətrafda olan insanların marağına səbəb olub.

Qeyd edək ki, Avropa çempionatının seçmə mərhələsi çərçivəsində "Bakcell Arena"da keçirilən Azərbaycan-Xorvatiya oyununda qalib müəyyənləşməyib.

Matçın 11-ci dəqiqəsində yığmamızın qapısına təyin olunmuş 11 metrlik cərimə zərbəsini Luka Modriç dəqiq yerinə yetirib.

Oyunun 72-ci dəqiqəsində millimizin üzvü Təmkin Xəlilzadə baxımlı qola imza ataraq hesaba tarazlıq gətirib.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA