Xudatda gül mağazasından istifadəyə yararsız 100 kilo ət aşkar edildi

  • 2019-05-17 16:41:54
  • |
  • Ölkə /

Xudatda gül mağazasından istifadəyə yararsız 100 kilo ət aşkar edildi

Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, insan sağlamlığına ciddi zərər vuran, istifadəyə yararsız yeyinti məhsullarının satışının qarşısının alınması istiqamətində polis orqanlarının aidiyyatı qurumlarla birgə tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Hurriyyet.org-a verilən məlumata görə, növbəti belə tədbiri Nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri ilə birgə Xudat şəhəri ərazisində keçirib.

Şəhərin O.Mirzəyev küçəsində yerləşən Rəvan Bağıyevə məxsus gül satışı mağazasında soyuducudan mənşəyi məlum olmayan 100 kiloqram çəkidə ət aşkar edilib.

Ətdən götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib.

Araşdırmalar aparılır.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA