Xüsusi təyinatlı “KABUS QRUPU" AFRİNDƏ! - “Alo, nə olduğunu başa düşmürük! Başımızı çıxaran kimi...”

Xüsusi təyinatlı “KABUS QRUPU" AFRİNDƏ! - “Alo, nə olduğunu başa düşmürük! Başımızı çıxaran kimi...”

Tək-tək yaxalayıb zərərsizləşdirirlər

Hurriyyet.org xəbər verir ki, mülki əhalinin Afrin şəhərini tərk eləməsi üçün verilən 72 saatlıq möhlət bitəndən sonra Türkiyənin xüsusi təyinatlı qüvvələrinə məxsus “Kabus qrupu” dünən səhər saatlarında şəhərə daxil olub və dinc əhalinin arasına girmədən çoxlu PKK/PYD terrorçusunu zərərsizləşdirib. Yeni strategiyaya görə, “kabuslar” özlərinin kimliyini bildirmədən terrorçuları tək-tək müəyyənləşdirib öldürürlər. 56-cı günü arxada qalan “Zeytun budağı” əməliyyatının gedişində indiyə qədər 3 min nəfərdən artıq terrorçunu zərərsizləşdirən türk əsgəri uğur qazanmağa davam edir.

“Kabus qrupu”nun uğuru terrorçuların simsiz danışıqlarına da təsirini göstərib. Təşkilatın rəhbərlərinin mühafizəçilərinin “Nə olduğunu başa düşmürük, burnumuzu çıxaran kimi, başımızın üstünü kəsirlər” dediyi bəlli olub.

Hurriyyet.org

Loading...

QALEREYA