“Ya Qarabağ, ya ölüm!” şeirinin müəllifi vəfat etdi

“Ya Qarabağ, ya ölüm!” şeirinin müəllifi vəfat etdi

Türk dünyasının tanınmış sənətçisi Ozan Arif 69 yaşında vəfat edib.

Hurriyyet.org xəbər verir ki, O.Arif qırtlaq xərçəngi xəstəliyindən əziyyət çəkirdi. O, müalicə olunduğu “On Doqquz Mayıs” Universitetinin Tibb fakültəsində düynasını dəyişib.

Qeyd edək ki, O.Arif 1949-cu il iyulun 10-da Türkiyənin Giresun əyalətinin Alucra rayonun Yüksələn kəndində anadan olub.

O, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə, Dağlıq Qarabağın və ətraf rayonların işğalına biganə qalmamışdı. O.Arif məşhur “Ya Qarabağ, ya ölüm!” şeirinin müəllifidir.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA