Yağış, qar, külək - Sabahın HAVASI

Yağış, qar, külək - Sabahın HAVASI

Bakıda və Abşeron yarımadasında dekabrın 8-də gün ərzində bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək.

Hurriyyet.org Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, sabah havanın temperaturunun gecə 2-4° isti, gündüz 6-9° isti, Bakıda gecə 2-4° isti, gündüz 7-9° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 758 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-10° isti, dağlarda gecə 4-9° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.

  • Hamısı
  • Loading...