“Yalnız bir nəfər Trampın axırına çıxa bilər - O ADAM RONA QRAFFDIR”

“Yalnız bir nəfər Trampın axırına çıxa bilər - O ADAM RONA QRAFFDIR”

Hurriyyet.org xəbər verir ki, Ağ Evin keçmiş əməkdaşlarından olan Omarosa Maniqolt Nyuman ABŞ prezidenti Donald Trampın sonunun çatması üçün ifadə verməli olan yeganə şəxsin Rona Qraff olduğunu bildirib: “Əgər Qraff danışarsa, bu, Donald Trampın sonu demək olar. Trampın ətrafında onun əleyhinə ifadə verəcəyi təqdirdə hər şeyi aşkara çıxara biləcək şəxs odur”.

Canlı yayım zamanı “Trampın ən çoc qorxduğu şəxs kimdir?” sualının cavabında Omarosa Nyuman, qətiyyən tərəddüd eləmədən Trampın şəxsi katibəsini nişan verib: “Təkcə bir ad var, Rona Qraff”. Nyuman Rona Qraffın hamını tanıdığını və hər kəsin oynadığı rolu bildiyini söyləyib: “Kimin harada, nə vaxt, nə dediyini bilir. Bütün iclasları o təyin edir. Əgər ifadə verməyə çağrılarsa, Trampın axırı çatar”.

Qraffın uzun illər ərzində Trampın sağ əli olduğunu və prezidentin əleyhinə ifadə verməyi rədd edə biləcəyini söyləyən Omarosa Nyuman deyib: “Əgər əleyhinə ifadə verməyi rədd edərsə, bu, mənim üçün sürpriz olmayacaqdır. Çünki, o, ABŞ prezidenti Donald Trampa son dərəcədə sadiq qalan bir şəxsdir”.

2017-ci ilin martında Rona Qraffın kim olduğu ilə bağlı yazı dərc edən “Politico” Trampla əlaqə saxlamaq istəyənlərin Ağ Evə yox, təqribən 30 ilə yaxın müddət ərzində Trampın şirkətlərində işləmiş Qraffa müraciət eləməyə üstünlük verdiklərini yazmışdı.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA