Yanğında xəsarət alanlar barədə AÇIQLAMA

Yanğında xəsarət alanlar barədə AÇIQLAMA

Bakının Nizami rayonu, Qara Qarayev prospektinin 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” Ticarət Mərkəzində baş verən yanğında 10 nəfər tüstüdən zəhərlənib.

Bu barədə 6 saylı Təcili Tibbi Yardım Stansiyasının həkimi məlumat verib.

Qeyd olunub ki, həmin şəxslər müayinə olunduqdan sonra buraxılıblar.

Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib ki, hadisə ilə əlaqədar şöbəyə gətirilən olmayıb./report/

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA