Yaponiyadan türk və müsəlman ölkələrini UTANDIRACAQ ADDIM

  • 2019-07-02 12:21:12
  • |
  • Dünya /

Yaponiyadan türk və müsəlman ölkələrini UTANDIRACAQ ADDIM

Şahin Cəfərli: "Çin hökuməti 1 milyondan çox türk-müsəlmanı kamplara doldurduğunu dünyaya izah etməkdə çətinlik çəkir və absurd arqumentlər səsləndirir"

"Yaponiya hökuməti Çinin basqılarına boyun əyməyərək G-20 öncəsi Dünya Uyğur Konqresinin rəhbəri Rabia Kadiri ölkəyə buraxıb. Zirvə toplantısının təşkil olunduğu Osaka şəhərində Çin zülmünə qarşı etiraz aksiyasının keçirilməsinə də icazə verilib". Hurriyyet.org xəbər verir ki, bunu politoloq Şahin Cəfərli deyib.

O qeyd edib ki, sözügedən aksiyada yapon aktivistlər, Rabia Kadir və onu müşayiət edən uyğurlar iştirak edib: "Bütün türk və müsəlman ölkələrinin öz qapılarını Rabia Kadirin (hətta sıravi uyğurların) üzünə bağladığı bir dünyada Yaponiyanın bu mövqeyi çox qiymətlidir. Çin hökuməti isə niyə 1 milyondan çox türk-müsəlmanı kamplara doldurduğunu dünyaya izah etməkdə çətinlik çəkir və absurd arqumentlər səsləndirir. Məsələn, indi də deyirlər ki, uyğurlar əslində türk deyil, sadəcə olaraq müstəmləkəçi dövlətlər XIX-XX əsrlərdə indiki Sintszyan ərazisində yerli ekstremistlərin əli ilə pantürkizmi və panislamizmi körükləyərək süni şəkildə Şərqi Türküstan problemi yaradıblar".

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA