Yaşadığı qadın tərəfindən qarət olunan azərbaycanlı kinorejissor öldü

Yaşadığı qadın tərəfindən qarət olunan azərbaycanlı kinorejissor öldü

Azərbaycanlı tanınmış kinorejissor Nadir Muqbilov vəfat edib.

Hurriyyet.org pressclub.az-a istinadla bildirir ki, bu haqda Muqbilovun yaxınları bildiriblər. Rejissor, dekabrın 5-də yaşadığı Qazaxıstanda gözlərini əbədiyyən yumub.

Qeyd edək ki, Nadir Muqbilov 2013-ci ildən Qazaxstanda yaşayırdı. Kinorejissor, aktyor, olmaqla yanaşı kaskadyor kimi də fəaliyyət göstərən Muqbilovun vəziyyəti ötən ay pisləşib. Belə ki, Nadir Qazaxıstanda yaşadığı vaxtda Jenya adlı bir qadınla tanış olub. Sonra qadın onun əlindəki, bütün pulunu xərcləyib. Muqbilovun sonra pulu bitir və kirayə qaldığı evdən qovulur. Kinorejissor son olaraq infark keçirdir. Bundan sonra vəziyyəti pisləşir. Nadir Muqbilovun ayağı qanqren olur və onun sağ ayağını amputasiya edirlər.

Qeyd edək ki, Nadir Muqbilov filmlər çəkib və bir çox filmdə də rol alıb. Buna misal olaraq "Gecə qatarında qətl", "Cavad xan", "Hökm" və s. filmləri çəkmək olar. Allah rəhmət eləsin!

  • Hamısı
  • Loading...