Yasamaldakı supermarketdə kökədən çıxan şüşə ilə bağlı AGENTLİKDƏN AÇIQLAMA

  • 2019-02-28 18:05:40
  • |
  • Ölkə /

Yasamaldakı supermarketdə kökədən çıxan şüşə ilə bağlı AGENTLİKDƏN AÇIQLAMA

Qida Təhlükəsizliyi Agentliyi Bakının Yasamal rayonundakı böyük supermarketlərdən birində göbələk içlikli kökənin içindən şüşə qırıntısının çıxması faktı ilə bağlı araşdırma aparıb.

Hurriyyet.org xəbər verir ki, Agentlikdən Trend-in faktla bağlı sorğusuna cavab olaraq, bildirilib ki, qeyd olunan qida məhsulu "Bon Appetit 1998 bakery" MMC-yə məxsus istehsalat sexində hazırlanıb.

Agentliyin əməkdaşları qanunvericiliyin tələblərinə uyğun olaraq, həmin istehsalat sexində yoxlama həyata keçirib, aşkarlanmış qanun pozuntuları ilə bağlı müəsssisə rəhbəri inzibati məsuliyyətə cəlb edilib:

"Bundan əlavə, müəssisənin rəhbərliyinə qida təhlükəsizliyi və sanitariya-gigiyena qaydalarına əməl olunması ilə bağlı tövsiyələr, sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsi ilə bağlı göstərişlər verilib, qanunvericiliyin tələbləri izah edilib. Agentlik tərəfindən həmin müəssisə nəzarətə götürülüb".

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA